“Rusiya-Azərbaycan: münasibətlər və perspektivlər” mövzusunda telekörpü keçirilib
Tarix: 27.05.2014 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


Bakıda “Rusiya-Azərbaycan: münasibətlər və perspektivlər” mövzusunda telekörpü keçirilib.
Məlumatına görə, telekörpü zamanı iki ölkə arasındakı əlaqələrin səviyyəsi və onların genişləndirilməsi imkanları müzakirə olunub. Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Azərbaycan Avropa mədəniyyətinin inkişaf etdiyi islam dünyasının ilk ölkəsidir. O qeyd edib ki, Azərbaycanda həmişə Rusiyaya xüsusi önəm verilib.
Müzakirələr zamanı Azərbaycan tolerantlığın yüksək səviyyədə olduğu ölkə kimi xarakterizə edilib. Rusiya tərəfi çoxlu sayda rus məktəblərinin olduğu üçün Azərbaycana təşəkkür edib. Rusiya Federasiya Şurasının üzvü, Samaradan deputat seçilmiş Sergey Məmmədov Azərbaycanla Rusiyanın ayrı-ayrı regionları arasında əlaqələrin inkişafının vacibliyini vurğulayıb. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin 3,5 milyard dollar təşkil etdiyini deyən S.Məmmədov bunu yetərincə yüksək göstərici kimi qiymətləndirib.
Politoloq Sergey Markov isə Azərbaycanda turizmin inkişafına həsr olunmuş toplantı keçirməyi təklif edib. Tərəflər qeyd ediblər ki, hələlik rusiyalı turistlər Azərbaycan turizminin imkanlarını tam kəşf etməyiblər.
Telekörpü zamanı həmçinin Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində rolunun vacibliyi önə çəkilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info