Beynəlxalq aləmdə ölkəmizin nüfuzu artır (Yenilənib)
Tarix: 28.05.2014 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


“Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.
Prezident İlham Əliyev rəsmi qəbulda nitq söyləyib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə kimi dəyərləndirən dövlət başçısı bugünkü müstəqil Azərbaycanın müsəlman Şərqində yaradılmış ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulayıb. Dövlət başçısı təəssüflə bildirib ki, o zaman müstəqilliyimiz çox qısamüddətli olub. İki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut edib. Ancaq bu iki il ərzində böyük işlər görülüb. “Xalqımız Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının xatirəsinə həmişə böyük ehtiramla yanaşır” - deyən Prezident İlham Əliyev bildirib ki, əgər 20-ci ildə müstəqillik əlimizdən alınmasaydı, bu gün Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olardı.

Dövlət başçısı sonralar Sovet İttifaqı tərkibində olduğu illərdə Azərbaycan tarixinin ən uğurlu səhifələrinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. 1991-ci ildə ölkənin ikinci dəfə müstəqilliyə nail olduğunu, lakin o vaxtki rəhbərliyin həmin tarixi şansdan istifadə edə bilmədiyini, nəticədə Azərbaycanın ağır böhranlı vəziyyətə düşdüyünü deyən Prezident İlham Əliyev həmin illərdə yaşanan daxili çəkişmələrdən, ermənilərin torpaqlarımızı işğal etməsindən və vətəndaş müharibəsinin başlamasından danışıb. Prezident demokratik təsisatların məhz ulu öndərin təşəbbüsü ilə yaradıldığını və möhkəmləndirildiyini, həmin illərdə siyasi sistemin formalaşdığını, Konstitusiyanın qəbul edildiyini, dünyaya inteqrasiya dövrünün başladığını, bizə qarşı aparılan informasiya müharibəsinin aradan qaldırıldığını, iqtisadi islahatların aparıldığını, milli ideologiyanın yaradıldığını, dövlətçiliyin əsaslarının qoyulduğunu, neft kontraktlarının imzalandığını xatırladıb. “Biz bu gün o illərdə müəyyən edilmiş strategiya çərçivəsində fəaliyyətimizi aparırıq, Azərbaycanı inkişaf etdiririk”- deyən Prezident qeyd edib ki, müəyyən edilmiş siyasi xəttin alternativi yoxdur. Son 10 ildə əldə olunan nailiyyətlərdən danışan dövlət başçısı uğurların təməlinin 1993-cü ildə qoyulduğunu diqqətə çatdırıb. Son 10 ilin sosial-iqtisadi nəticələrinə toxunan Prezident regionların inkişafı ilə bağlı proqramların uğurla icra edildiyini, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artdığını, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini, güclü enerji potensialının yaradıldığını, maliyyə vəziyyətimizin bütün ölkələr üçün örnək ola biləcəyini, güclü ordunun formalaşdığını qeyd edib. Bildirib ki, Azərbaycan xalqı sözün əsl mənasında müstəqil olması ilə fəxr edir. Gələcəkdə görüləcək işlərə nəzər salan dövlət başçısı bununla bağlı bütün proqramların ictimaiyyət üçün açıq olduğunu diqqətə çatdırıb. Ölkədə daxili sabitliyin bundan sonra da etibarlı şəkildə qorunacağını qeyd edən Prezident bildirib ki, bunun üçün lazım olan əsas şərt xalqla iqtidar arasında birlikdir. Dövlət başçısı vurğulayıb ki, bundan sonra da demokratiyanın inkişafı, azad cəmiyyətin formalaşması sahəsində islahatlar davam etdiriləcək. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan dövlət başçısı təəssüflə vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişə həllini tapmayıb. Prezident bir daha bəyan edib ki, münaqişə beynəlxalq hüquq və ədalət prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Məsələnin həllində ölkə iqtisadiyyatının güclənməsi mühüm rol oynayır və Ermənistan təcrid vəziyyətində saxlanılmalıdır. 2020-ci ilə qədər ölkədə bütün əsas infrastruktur layihələrinin başa çatmasının vacibliyini, diqqətin daha çox qeyri-neft sektorunun inkişafına yetiriləcəyini deyən Prezident enerji təhlükəsizliyi ilə bağlı məsələnin Azərbaycanda çoxdan həllini tapdığını, ölkəmizin digər dövlətlərin enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb. Bildirib ki, indi bu sahədə əsas layihə olan TANAP “Cənub” qaz dəhlizinin yaradılması istiqamətində dönüş nöqtəsi olub. Azərbaycan isə bu layihənin əsas təşəbbüskarı, icraçısı və səhmdarıdır. “Bizim yolumuz azadlıq, müstəqillik yoludur”- deyən Prezident İlham Əliyev ən böyük sərvətimiz olan müstəqilliyimizin bundan sonra da qorunacağını vurğulayıb.
Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət mükafatları milli təsviri sənətin inkişafında xidmətlərinə görə Oqtay Sadıxzadəyə, konsert-ifaçılıq fəaliyyətinə görə Ramiz Quliyevə, “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” monoqrafiyasına görə Tofiq Nağıyevə və “Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildlik roman-tədqiqatına görə Elmira Axundovaya təqdim edilib. Daha sonra Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info