İş axtaran vətəndaşlar üçün xoş xəbər
Tarix: 28.05.2014 | Saat: 01:25:00 | E-mail | Çapa göndər


Mayın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti növbəti Əmək yarmarkasını Bakı şəhərinin Qaradağ rayonunda keçirəcək.
Nazirlikdən bildiriblər ki, tədbir Qaradağ rayon Mədəniyyət evində (Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 23) keçiriləcək. Yarmarkada paytaxtın Qaradağ, Səbail və Yasamal rayonlarının Məşğulluq Mərkəzləri tərəfindən toplanmış boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunacaq tədbirdə vakant iş yerləri təqdim edən ayrı-ayrı dövlət və qeyri-dövlət müəssisələrinin, o cümlədən iri şirkətlərin nümayəndələri də iştirak edəcək. Yarmarka çərçivəsində əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlərin peşə hazırlıq kurslarına qeydiyyatının aparılması, eləcə də müvəqqəti xarakterli işlər təqdim olunması məqsədilə Bakı Əmək Birjasının fəaliyyəti də təmin olunacaq.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Azərbaycan nefti bahalaşıb
21.01.2019
Qeyri-neft sektoruna yüksək keyfiyyət standartı tətbiq ediləcək
21.01.2019
UNEC-də startap müsabiqəsi keçirilib
21.01.2019
Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet
21.01.2019
Polşaya ixrac missiyası təşkil ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info