Kaliforniyada Lütfi Zadənin irsinə həsr olunmuş 4-cü beynəlxalq konfrans
Tarix: 29.05.2014 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Kaliforniyanın Berkli şəhərinin "Double Tree by Hilton" mehmanxanasında Soft Kompyutinq üzrə 4-cü beynəlxalq konfrans keçirilib. Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin elmi irsinə həsr olunmuş konfrans 2011-ci ildən keçirilir və Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən maliyyələşdirilir.
Konfransda dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycan, Belçika, Norveç, Ukrayna, Rusiya, Slovakiya, Meksika, Macarıstan, Kanada, ABŞ, Səudiyyə Ərəbistan, Hindistan, İran, Almaniya, Polşa və İspaniyadan olan alimlər 78 elmi məqalə ilə çıxış edib.
Konfransın baş katibi Azərbaycan Texniki Universitetinin dosenti Şahnaz Şahbazova giriş nitqində Lütfi Zadənin elmi fəaliyyəti haqqında geniş məlumat verib. Açılış mərasimində ABŞ alimi Ronald Yaqer, polşalı alim Yanus Kaapçik və Azərbaycan Milli Məclisinin deputatı, Milli Elmlər Akademiyasının müxbir üzvü Asəf Hacıyev çıxış edib. A.Hacıyev Lütfi Zadə adına Akademiyanın yeni yaradılmış veb-saytı haqqında konfrans iştirakçılarına məlumat verib, görkəmli alimi Lütfi Zadəyə Quba xalçasını təqdim edib.
Konfrans öz işinə Lütfi Zadənin məruzəsi ilə başlayıb. Konfransın birinci sessiyasında müxtəlif ölkələrdən məruzəçilərlə yanaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Aidə Quliyeva "DEA" (Rəqəmli Örtüklər Analizi) və "SFA" (Staxostik Sərhədlərin Analizi) metodlarının asimmetrik informasiyanın effektliyinin ölçülməsində rolu" adlı məruzə ilə çıxış edib. Yeni iqtisadi münasibətlər şəraitində informasiyanın asimmetrikliyi daha qabarıq üzə çıxır. Bu barədə danışan A.Quliyeva deyib ki, adətən asimmetrik informasiya iqtisadi inkişafda neqativ hal kimi qəbul edilirdi. Lakin bu yeni tədqiqat onun effektliyi hallarını təhlil edir və bu çərçivədə DEA və SFA metodlarından istifadə olunur.
Konfransın ikinci sessiyasında Azərbaycan Milli Məclisinin deputatı, Milli Elmlər Akademiyasının müxbir üzvü Asəf Hacıyev məruzə ilə çıxış edib. Məruzəçi çıxışında ehtimal nəzəriyyəsində baş verən gözlənilməz (paradoksal) hadisələrdən danışıb. Qeyd olunub ki, bu sahədə təqdim olunan nəticələr müəllifin yaratdığı mürəkkəb texniki sistemlər üçün idarəetmə nəzəriyyəsinin bir hissəsidir. İkinci paradoksun hərəkətdə olan hissəciklərin riyazi modelləri ilə bağlı olduğunu bildirən A.Hacıyev məşhur Belyayev effektinin ümumiləşdirilməsini təqdim edib və alınan nəticələrin nəqliyyat sistemlərində istifadəsini diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Texniki Universitetinin professoru Bayram Ibrahimov universitetin rektoru Havar Məmmədov ilə birgə hazırladıqları "Neyro şəbəkələr texnologiyasından istifadə etməklə xidməti trafiklərin proqnozlaşdırılması metodların effektliyi" məsələsinin tədqiqinə həsr olunmuş məruzə ilə çıxış edib. B.Ibrahimov deyib ki, aparılmış tədqiqatlar neyroşəbəkələr texnologiyası və qeyri-səlis məntiq nəzəriyyəsindən istifadə edilməklə telekommunikasiya şəbəkələrində xidməti trafiklərin yaratdığı yükün qiymətləndirilməsi və proqnozlaşdırılması zamanı yüksək dəqiqliyin təmin olunduğunu göstərir.
Konfransda daha sonra Azərbaycan Dövlət İqtisad Universiteti informasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Ədalət Kərimovun Azərbaycan Respublikasının timsalında neft qiymətlərinin dəyişməsi ilə iqtisadi artım arasında asılılığın tapılmasına həsr olunmuş məruzəsi dinlənilib. Məruzəçi deyib ki, lazım olan an üçün və lazım olan miqdarda məlumat almağın mümkünsüzlüyü riyazi baxımdan bu məsələni natamam ilkin informasiyalı məsələlər sinfində baxılmağa sövq edir. Bu tip məsələlərin ilkin informasiyanın qıtlığı və məsələnin təbiəti onun həllinin və alınan nəticələrin qeyri-səlis mühitdə axtarılması sınanmış yanaşmadır ki, bu da Lütfi Zadə nəzəriyyəsinin tətbiqi ilə mümkündür. Yanaşmanın orijinallığı ondan ibarətdir ki, neyron şəbəkələrdən istifadə edilməklə həll edilən "klaster-analiz" məsələsi müəllifin riyaziyyat sahəsində apardığı tədqiqatlara əsaslanır.

Mütəxəssislərin fikrincə, bu tədqiqatların çərçivəsinin genişləndirilməsi, yəni başqa neft ölkələrinin də buraya əlavə edilməsi makroiqtisadiyyat sahəsində tədqiqatlara geniş yol aça bilər.
Konfransda iştirak edən bir çox alimlərin çıxışlarını yekunlaşdıran Azərbaycan Texniki Universitetinin dosenti Şahnaz Şahbazova öz məruzəsində ekspert sistemlərinin konstruksiyasının riyazi modelləri və onların təhsil sisteminə tətbiqi metodlarının işləndiyi barədə məlumat verib. O qeyd edib ki, qeyri-səlis məntiqdən istifadə etməklə tələbələrin biliklərinə nəzarətin ilkin metodu yaradılmışdır və bu, prosesdə müəllimin rolunu maksimum azalıdır.
Bir daha xatırladaq ki, konfrans Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən maliyyələşdirilir. Son illərdə nazirlik ABŞ-ın bir sıra universitetləri ilə əməkdaşlıq sazişləri imzalamışdır. Bura Berklidəki Kaliforniya Universiteti, San Antonio və Azərbaycan Texniki Universiteti ilə üçtərəfli, Azərbaycan Texniki Universiteti və Nyu-Yorkun İona Kolleci ilə ikitərəfli sazişlər daxildir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info