“Rusiya Bakının xarici siyasət kursuna böyük hörmətlə yanaşır”
Tarix: 29.05.2014 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


“Rusiya Bakının xarici siyasət kursuna böyük hörmətlə yanaşır. Hansı ki, bu kursun əsası Heydər Əliyev tərəfindən qoyulub. Müasir Azərbaycanın xarici siyasətini səciyyələndirən amillər - müstəqillik, tarazlıq və milli maraqların dəqiq formalaşdırılması və ardıcıl qorunmasıdır. Bütün bunlar ona zəmanət verir ki, Azərbaycan özgə geosiyasi layihənin girovuna çevrilməyəcək”.
Bu fikirləri Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib. O, deyib: "Təəsüflər olsun ki, bu hal Ukraynada baş verdi. Bizim qərbli tərəfdaşlarımız ayrıcı sərhədləri olmayan Avropanı qurmaq kimi tarixi şansdan istifadə etmək istəmədilər, hansı ki, Rusiya bu rolda çıxış edir. Qərb postsovet ölkələrini çətin seçim qarşısında qoyur: "Ya bizimlə, ya da bizə qarşı..." Kiyev bu təzyiqlərə qarşı tab gətirə bilmək üçün özündə güc tapa bilmədi. Ukraynadakı daxili vəziyyət geniş həcmdə dövlət böhranın yaranmasına təhrik etdi. Şübhə etmirik ki, Azərbaycanın beynəlxalq aləmdə olan avtoriteti bundan sonra da möhkəmlənəcək. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi də bunun təsdiqidir. Rusiya Azərbaycana bu layihədə uğurlar arzulayır”. Q. Karasin qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərindəki müsbət inkişaf qarşılıqlı hörmət və dostluq prinsipi əsasında qurulan möhkəm strateji əməkdaşlığın gücünü göstərir: "Azərbaycan və Rusiya gələcəkdə də həm ikitərəfli əsaslarla, həm də beynəlxalq və regional forumlar çərçivəsində sıx əməkdaşlıq edəcəklər. Bizim ümumi məqsədimiz hər iki xalqın rifahını, Cənubi Qafqazda və Xəzər dənizində təhlükəsizliyi və sabitliyi təmin etməkdir".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info