İran səfirindən azərbaycanlı investorlara çağırış
Tarix: 29.05.2014 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycanın iş adamlarını "Maku" azad ticarət zonasına sərmayə qoymağa dəvət edib. İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfir bu dəvəti İranın Qərbi Azərbaycan əyalətində yerləşən "Maku" azad ticarət zonasına səfəri zamanı səsləndirib. M.Pakayin "Maku" azad ticarət zonasının İran-Avropa tranzit yolu üzərində yerləşdiyini, zəngin yeraltı sərvətlərin və kənd təsərrüfatı üçün əlverişli torpaqların olduğunu qeyd edib və deyib ki, regionun iş adamları və rəsmilərinin əməkdaşlığı bu bölgənin inkişafına müsbət təsir göstərəcək. "Maku" azad ticarət zonasının icraçı direktoru Hüseyin Foruzan da M.Pakayinlə görüşdə qonşu ölkələr, o cümlədən Azərbaycanla əməkdaşlığın genişlənməsinin zəruriliyini vurğulayıb: "İran və Azərbaycanın ikitərəfli əməkdaşlığı, xüsusilə "Maku" azad ticarət zonasında elə səviyyəyə çatmalıdır ki, bütün region üçün nümunə olsun".
Qeyd edək ki, "Maku" İranın azad ticarət zonalarından biridir və 2010-cu il avqust ayında yaradılıb
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info