Azərbaycanla bağlı keçirilən mərasim Pakistan mediasında geniş işıqlandırılıb
Tarix: 29.05.2014 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


İslamabadda Azərbaycanın 28 May Respublika Günü münasibəti ilə keçirilmiş təntənəli mərasim Pakistan mediasında geniş işıqlandırılıb.
Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, ölkənin nüfuzlu qəzetlərindən olan "Pakistan Observer", "The News", "Daily Times" və "The Nation" qəzetlərinin 28-29 may tarixli saylarında tədbir haqqında məqalələr dərc edib, PTV, VAKT TV, SUCH TV yerli televizya kanallarında reportajlar göstərilib.
Məqalələrdə, mərasimə qatılan nüfuzlu qonaqlar Senatının sədr müavini, Dini İşlər və Dinlər Arası Harmoniya, Fövqəladə Hallar naziri, Ticarət naziri, Pakistan Senatı və Milli Assambleyanın üzvləri, Pakistanın tanınmış siyasətçiləri, Pakistan ordusunun generalları və digər yüksək rütbəli zabitləri, Xarici İşlər Nazirliyinin yüksək rəsmiləri, digər dövlət və hökumət adamları, tanınmış ziyalılar, jurnalistlər, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar və digər qonaqlar müstəqil Azərbaycanın nailiyyətləri, zəngin mədəniyyəti, mətbəxi, incəsənəti ilə bir daha tanış olduqları qeyd edilib.
Bildirilib ki, Azərbaycandan gəlmiş muğam ustalarının tədbirdə Azərbaycan musiqi kompozisiyalarının ifaları isə tədbirə xüsusi rəngarənglik vermiş, çoxsaylı qonaqları olduqca məmnun edib. Xüsusi ilə, Pakistanın bir sıra əhəmiyyətli nazirlərinin və dövlət xadimlərinin mərasimə qatılması qəzetlərdə Pakistanın qardaş Azərbaycana göstərmiş olduğu diqqətin bariz nümunəsi kimi qiymətləndirilib.
Yazılarda Azərbaycan və Pakistan arasında münasibətlərin dərin tarixi-mədəni köklərə arxalandığı, son 23 ildə bu əlaqələrin dinamik inkişaf etdiyi vurğulanıb, iki ölkənin demək olar ki bütün taleyüklü məsələlərdə eyni mövqedən çıxış etdiyi bildirilib.
Bütün bunlarla yanaşı, Respublika günü ərəfəsində Pakistanın nüfuzlu ingilis dilli "Pakistan Observer" və "Pakistan in the world "qəzetlərində Azərbaycanın Səfiri Daşqın Şikarovun "Müsəlman Dünyasında ilk Demokratik Respublika" adlı məqaləsi həmçinin ingilis, urdu və ərəb dilli "Diplomatic İnsight" jurnalında respublika Günü ilə bağlı müraciəti, "Metro Watch" qəzetinin Azərbaycana həsr edilmiş xüsusi buraxılışı dərc edilib

Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info