İstedadlı internat uşaqları haqda kataloq hazırlanacaq
Tarix: 29.05.2014 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


"Saf Həyat Naminə" Gənclər İctimai Birliyi Mingəçevir şəhər tam orta internat məktəbində görüş keçirib. Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən "Hər birimiz bir Günəşin zərrəsiyik!” adlı layihə çərçivəsində baş tutan tədbirdə məktəbin şagirdləri, müəllimləri və layihənin ekspertləri iştirak edib. Əvvəlcə tədbiri layihənin eksperti, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova açıb, layihə haqqında geniş məlumat verərək şagirdlərlə səmimi söhbət aparıb, məktəbin müəllimlərinə və şagirdlərinə suallar ünvanlayıb. Daha sonra layihənin eksperti, gənc yazar Qurbanəli Ömər çıxış edib. İxtisasca tarixçi olan Q. Ömər uşaqlara tarixi şəxsiyyətlərin həyatlarından sitatlar gətirərək, uşaqlara həyatda aldıqları heç bir zərbəyə görə ruhdan düşməməyi tövsiyə edib. Layihənin media və piar işi haqqında danışarkən isə o vurğulayıb ki, bu gün bu istedadlı uşaqların geniş ictimaiyyətə çatdırılması üçün " Saf Həyat Naminə" Gənclər İctimai Birliyi bütün səylərini əsirgəməyəcək. Daha sonra məktəbin müəllimləri danışıb, istedadlı şagirdlərin bir çoxu öz gələcək planlarından bəhs ediblər. Sonda fotoqraf xüsusi istedadı olan gəncləri və onların əl işlərini çəkib və layihə iştirakçılarına üzərinə "Hər birimiz bir Günəşin zərrəsiyik!” sözləri yazılan köynəklər paylanılıb.
"Saf Həyat Naminə" Gənclər İctimai Birliyinin sədri Səbinə Abbasovanın verdiyi məlumata görə xüsusi qayğıya ehtiyacı olan və internat məktəbini bitirmiş uşaqların peşə təhsilinə cəlb olunması işində təşəbbüs ortaya qoyan layihə çərçivəsində növbəti tədbir Bakı şəhərində yerləşən internat məktəblərindən birində keçiriləcək.

Nigar






 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info