Tənha ahılllar pulsuz tibbi müayinədən keçiriliblər
Tarix: 29.05.2014 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Müharibə və Əmək Əlilləri üçün Pansionatının (Qocalar evi) sakinləri Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin əməkdaşları tərəfindən tibbi müayinədən keçiriliblər.
Pansionatda dövlət himayəsində yaşayan 156 nəfər tənha ahıl və əlil şəxs Milli Onkologiya Mərkəzinin müvafiq tibbi avadanlıqlarla təchiz olunmuş səyyar diaqnostik kompleksində ətraflı müayinə ediliblər. Tədbirdə məqsəd həmin insanların rentgen və ultrasəs, laboratoriya, ginekologiya, ultrasonoqrafiya, mamoqrafik müayinəsinin aparılması, həmçinin qadınlarda süd vəzi xəstəliklərinin, şişlərin əlamətlərinin və digər xəstəlikləri aşkarlanması, profilaktik yardımın təşkil edilməsi olub. Tədbir çərçivəsində pansionat sakinlərinə tibbi məsləhət xidməti də göstərilib, onların tibbi maarifləndirilməsi həyata keçirilib. Xəstəliklər aşkar olunan şəxslərin müvafiq müalicə prosedurlarına cəlb olunacağı bildirilib. Belə tədbirlərin təşkili pansionat sakinlərinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanması və qarşısının alınmasına xidmət edir. Tənha ahıl və əlil insanlar Prezident İlham Əliyev tərəfindən əhalinin, o cümlədən dövlət himayəsində yaşayan insanların sağlamlığının mühafizəsinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər. Onlar həmçinin yaşadıqları bu sosial xidmət müəssisəsində hərtərəfli qayğı ilə təmin olunduqlarına görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info