Azərbaycan Sığortaçılar Assosiasiyası mükafatlandırıldı
Tarix: 29.05.2014 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ölkədə sığorta bazarının inkişafına verdiyi əvəzsiz töhfəyə görə xüsusi mükafata layiq görülüb. “Fins.az”ın məlumatına görə, mükafatlandırma mərasimi Rumıniyada keçirilən FİAR-2014 - Beynəlxalq Sığorta və Təkrar Sığorta Forumunda keçirilib. "XPRIMM Insurance Report" beynəlxalq sığorta jurnalı tərəfindən təşkil edilən FİAR-2014-ün ilk günü "Təkrar sığorta mükafatları”ının rəsmi açılış mərasimi olub. Tədbir çərçivəsində ən yaxşı təkrar sığorta və broker şirkətləri mükafatla təltif olunub. Təkrar sığorta sahəsinin qalibləri bunlardır:
PARTNER Re- "İlin Təkrarsığortaçısı"
TRUST Re - "İlin ən dinamik təkrarsığortaçısı"
AON Benfield – "İlin Təkrarsığorta brokeri"
JLT Towers Re - "İlin ən dinamik təkrar sığorta brokeri"
Forum çərçivəsində ötən il dinamiklik və inkişafa görə bazarın oyunçularına xüsusi mükafatı da təqdim olunub. Bu il sürətli inkişaf edən, yüksək potensial və biznes imkanlara malik olan bazarın - Azərbaycanın sığorta bazarının təmsilçiləri mükafatlandırılıb. Bunlar Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), "Azsığorta" ASC və "Paşa Həyat Sığorta" ASC-dir.

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) sığorta bazarının inkişaf etdirilməsinə verdiyi töhfəyə görə mükafatlandırılıb. "Azsığorta" qeyri-sığorta bazarında, "PAŞA Həyat Sığorta" şirkəti isə həyat sığortası bazarında ən dinamik artıma görə, xarici bazar tərəfindən qiymətləndirilib və mükafatlandırılıb.
Qeyd edək ki, Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu 1998-ci ildən təşkil edilir. Tədbirdə hər il 500-dən artıq nümayəndə iştirak edir. Tədbirin keçirildiyi ilk illərdə iştirakçılar yalnız Rumıniya və ona qonşu ölkələrdən qatılırdısa, hazırda Avropanın sığorta, təkrarsığorta, bank, lizinq, konsultant, audit, İT və Kommunikasiya sənayesi şirkətlərinin lider və mütəxəssislərindən qatılan iştirakçılar FİAR-ı Şərqi Avropanın ən böyük sığorta tədbirinə çevirib. Forum hər il bir ölkənin təmsilçiliyi ilə keçirilir. Bu il təmsilçi tərəf Azərbaycandır. Ölkəmiz bu tədbirə 3 nəfərlik heyətlə qatılıb.
Qeyd edək ki, “XPRIMM Insurance Report” beynəlxalq jurnalının 10-cü nəşri FIAR-2014 çərçivəsində təqdim olunub və oxuculara dünyanın 32 ölkəsindən əldə olunan nailiyyətlər və nəticələri, ən iri sığorta bazarlarının tam təhlilini təqdim edir.

İlkin





 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info