Fövqəladə hallar atlasının hazırlanması haqqında müzakirələr başlayıb
Tarix: 29.05.2014 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yer Elmləri Bölməsinin və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə “Seysmologiya, mühəndis seysmologiyası və Antelope İstifadəçiləri qrupu”nun VI beynəlxalq konfransı öz işinə başlayıb. Tədbirin açılışında çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, bu gün Azərbaycanda yer elmləri başqa bir elmin istiqamətləri kimi inkişaf edib. O deyib ki, seysmologiya, mühəndis seysmologiya, seysmo-tomoqrafiya yer elmlərinin ən vacib, geniş yayılan, təsirli üsullarından biridir: “Seysmo-tomoqrafiya seysmologiyanın əsas hissəsi olaraq yer təkinin dərinlik quruluşlarını işıqlandırır. Yer təkini öyrənmək bir o qədər də asan deyil və bu istiqamətdə seysmik üsullar geniş sürətdə tətbiq olunur. Mövcud seysmik prosesləri öyrənmək üçün Fövqəladə Hallar Nazirliyi və bir çox qurumlarla birgə əməkdaşlıq edilir”. Konfransın davamında fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə nazir Kəmaləddin Heydərovun tədbir iştirakçılarına təbrik müraciətini çatdırıb. Müraciətdə qeyd olunub ki, Azərbaycan üçün daha çox zəlzələlər, torpaq sürüşmələri, subasmalar, quraqlıqlar, dəniz suyunun səviyyəsinin qalxması, meşə yanğınları mühüm əhəmiyyət kəsb edən fövqəladə hadisələr sayılır: “Digər tərəfdən, respublika ərazisində yüzlərlə təhlükə potensiallı sənaye və kənd təsərrüfatı obyektləri, strateji əhəmiyyətli neft-qaz kəmərləri, nəqliyyat infrastrukturu, su anbarları və digər mühüm iqtisadi obyektlər yerləşir. Bunlar isə potensial texnogen fəlakətli hadisələrin mənbəyidir. Nazirlik AMEA ilə sıx əlaqələr qurmaqdadır. Azərbaycanda təbii və texnogen fəlakətli hadisələrin öyrənilməsi və tədqiqatların aparılması sahəsində Azərbaycan alim və mütəxəssisləri ilə bir sıra mühüm uğurlu nəticələr əldə edib. FHN və AMEA fövqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması sahəsində elmi-texniki əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. Bu yaxınlarda nazirlik və AMEA mühüm bir layihə üzərində əməkdaşlıq üçün ilk addım atıb və Azərbaycanın fövqəladə hallar atlasının hazırlanması haqqında müzakirələr başlayıb. Bu atlasda seysmik baxımdan təhlükəli ərazilərin xəritələri də öz yerini tutmalıdır. Hesab edirik ki, AMEA və digər müvafiq təşkilatlarla fövqəladə hallar sahəsində qarşılıqlı əlaqələrimiz və əməkdaşlığımız öz faydasını verəcək”.
Qeyd edək ki, iki gün davam edəcək beynəlxalq konfransda 18 ölkənin alim və mütəxəssisləri müxtəlif mövzularda məruzələrlə çıxış edəcək və qarşılıqlı fikir mübadiləsi aparılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info