“Tələbə baharı“ Qubada gerçəkləşdi
Tarix: 29.05.2014 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


28 may 2014-cü il tarixdə Quba rayonunda yerləşən "Yaşıl teatr" da VIII "Tələbə baharı" Festivalının Qala konserti keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Quba İcra hakimiyyətinin rəsmisi, ATGTİ-nin sədri Şahin İsmayılov və digər şəxslər iştirak ediblər.
Festivalın keçirilməsində məqsəd, tələbə-yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrinin tələbələri və orada fəaliyyət göstərən dərnəklər arasında tələbə mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq olub. Asudə vaxtın səmərəli təşkil edilməsi sahəsində səylərin gücləndirilməsi, yeni ünsiyyət və əlaqələrin formalaşdırılması da əsas istiqamətlərdən biri olub.
2006-cı ildən bu günə kimi Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi "Tələbə baharı" festivalının iştirakçıları arasında 2009-cu ildə "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı fəxrlə təmsil edən və 3-cü yerin qalibi olan Aysel Teymurzadə, 2011-ci ildə "Eurovision" qalibiyyətini Azərbaycana bəxş edən Eldar Qasımov da olub.
Qeyd edək ki, 2-3 aprel tarixlərdə Festivalın seçim mərhələləri keçirilmiş və seçim turlarında 20-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə müxtəlif nominasiyalar üzrə öz istedadlarını ən mükəmməl şəkildə nümayiş etdiriblər.
Quba şəhərində baş tutan festivalda 9 universitetin 200-dən çox tələbəsi 28 nömrə təqdim edib.
Festivalın sonunda iştirakçılara Gənclər və idman nazirliyinin diplomları və hədiyyələr təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info