Azərbaycan alimləri Aşqabadda
Tarix: 29.05.2014 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Türkmənistanın paytaxtı Aşqabadda görkəmli türkmən şairi Məxtumqulu Fəraqinin 290 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Azərbaycan nümayəndə heyətinin qatıldığı üç günlük konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib. Konfransın Məxtumqulu Fəraqi və dünya ədəbiyyatı adlanan bölməsinin iclasında 26 ölkəni təmsil edən 62 alimin məruzəsi dinlənilib. Akademik İsa Həbibbəyli rəhbərlik etdiyi bu bölmədə "Azərbaycanda Məxtumqulu yaradıcılığına baxış" mövzusunda məruzə edib. Konfransın "Məxtumqulu və ümumbəşəri-mədəni dəyərlər" adlı bölməsinin müxtəlif seksiyalarında Azərbaycan alimlərindən filologiya elmləri doktorları Ramiz Əsgər, Firuzə Ağayeva, Vaqif Sultanlı, Paşa Kərimov, elmi işçilərdən İsmixan Osmanlı, Xuraman Hümbətova və başqalarının məruzələri dinlənilib.
Konfransın yekun iclasında çıxış etmiş vitse-prezident AMEA Əlyazmalar İnstitutunda Məxtumqulu Fəraqinin XIX əsrə aid Divanının bugünədək saxlanılan əlyazmasının surətini yubiley komitəsinə təqdim etdiyini bildirib. Tədbirin iştirakçıları sırasında Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov, Türkiyənin prezidenti Abdullah Gül, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, millət vəkili Anar və digər ölkələrin dövlət və hökümət rəsmiləri də yer alıblar.
Səfər çərçivəsində İ.Həbibbəyli Qazaxıstanın paytaxtı Astanada düzənlənmiş beynəlxalq foruma da qatılıb. Türk Akademiyasının təşkilatçılığı ilə "Türk Yazısı Günü"nə həsr olunmuş forumda Qazaxıstan, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, eləcə də Rusiyadan alim və mütəxəssislər, ictimai xadimlər iştirak ediblər. Tədbirdə akademik İsa Həbibbəyli "Azərbaycanda dil və əlifba islahatları" mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanı Qazaxıstandakı səfirimiz Zakir Həşimov, ölkəmizin Polşadakı səfiri Həsən Həsənov, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, sənətşünaslıq doktoru Ərtegin Salamzadə və sənətşünaslıq doktoru Rəna Abdullayeva da təmsil ediblər.
Sonda Akademiyanın kitabxanasına Azərbaycanın tarix və ədəbiyyatını özündə əks etdirən kitablar hədiyyə edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info