YUNESKO-da Azərbaycan Tədqiqatı Mərkəzi açıla bilər
Tarix: 29.05.2014 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Bu gün gənclər və idman naziri Azad Rəhimov mayın 26-da Bakıda öz işinə başlayan "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumu çərçivəsində ölkəmizə təşrif buyurmuş YUNESKO Baş Konfransının sədri, YUNESKO-nun Çin Milli Komissiyasının direktoru və Çin təhsil nazirinin müavini Hao Pingi qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə elm, təhsil, gənclərlə iş sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri, Azərbaycan gənc alimlərinin dünya elminə inteqrasiyasının təmin edilməsi, Azərbaycan və dünya gənc alimləri arasında əməkdaşlıq münasibətlərinin qurulması, eləcə də Gənclər və İdman Nazirliyi tərəfindən gənc alimlərə göstəriləcək dəstək və s. məsələlər müzakirə edilib.
Qonaq Bakının ev sahibliyi etdiyi tədbiri yüksək səviyyədə qiymətləndirərək bu gün dünyada insanların ünsiyyətdə olub bilik və təcrübələrini paylaşmaları üçün geniş şəkildə yayılmış "People to people" (İnsandan İnsana) layihəsinin Azərbaycan üçün də maraqlı olacağını qeyd edib: "Tam əminliklə qeyd edə bilərəm ki, dünyanın 100-ə yaxın ölkəsinin Azərbaycan da daxil olmaqla 500-ə yaxın gənc magistr, doktor, bir sözlə, alimlərini bir araya toplayan tədbir ilk dəfədir ki, bu cür böyük miqyasda keçirilir. Mən Gənclər və İdman Nazirliyinə dəstək və yardım üçün təşəkkürümü bildirirəm. Azərbaycan çox maraqlı, tədqiqatların aparılması üçün diqqət cəlb edən ölkədir. Bu səbəbdən biz YUNESKO-da Azərbaycan Tədqiqatı Mərkəzinin açılmasında maraqlıyıq".
Gənclər və idman naziri A.Rəhimov öz növbəsində gənclər, elm və təhsil sahələrində nazirliyin həyata keçirdiyi tədbirlər haqqında geniş məlumat verib, "Mən Azərbaycan haqqında nə bilirəm" layihəsi çərçivəsində 15 artıq ölkədən 250-ə yaxın gəncin Azərbaycana səfər etdiyini bildirib, bu səpkili layihələrin daha da genişlənəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, 31 may tarixinədək davam edəcək "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" Dünya Gənc Alimlərinin Beynəlxalq Bakı Forumunun təşkilatçıları Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, YUNESKO-nun Azərbaycan Milli Komissiyası, "Eurodoc" Avropanın Gənc Tədqiqatçılar Şurası və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info