Ermənistan torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb
Tarix: 29.05.2014 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Ə.Həsənov Böyük Britaniya parlamentinin nümayəndə heyətinə Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi və ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında məlumat verib.
Dövlət Komitəsinin sədri bildirib ki, Ermənistan ötən 20 ildə torpaqlarımızı işğal altında saxlamaqla heç nəyə nail olmayıb. Onun sözlərinə görə, bu dövrdə Ermənistanın iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb, erməni xalqı münaqişədən heç nə qazanmayıb. Ə.Həsənov qeyd edib ki, Azərbaycan bütün dövrlərdə dözümlülük, tolerantlıq məkanı olub, müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur. Bu gün müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda dostluq və mehribanlıq şəraitində yaşayırlar.
Görüşdə qaçqın və məcburi köçkünlərin ehtiyaclarının təmin edilməsinə də toxunan Ə.Həsənov deyib ki, Dövlət Neft Fondundan ayrılan vəsait hesabına 180 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köçürülüb, bu proses davam edir.
K.Pinçer nəzərə çatdırıb ki, 80 nəfər üzvü olan dostluq qrupu ilk dəfədir Azərbaycana belə böyük tərkiblə səfər edir: “Bu da onu göstərir ki, Böyük Britaniyada Azərbaycana getdikcə maraq daha da artmaqdadır. Böyük Britaniya parlamentində Azərbaycan haqqında fikirlər müxtəlifdir və buna görə də digər deputatlara Azərbaycan ilə bağlı obyektiv məlumat vermək dostluq qrupunun üzvlərinin borcudur”.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Sonda nümayəndə heyətinə “Qaçqın və məcburi köçkünlərə prezident qayğısı” kitabı, Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən disklər təqdim edilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info