“Dünya Bankı qeyri-neft sənayesində Azərbaycanla əməkdaşlıq edəcək”
Tarix: 30.05.2014 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye Nazirliyi ilə Dünya Bankının (DB) nümayəndələri arasında iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Nazirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər qazanılmış uğurlar ölkə iqtisadiyyatının daha da güclənməsinə, onun çoxşaxəli inkişafına və keyfiyyət baxımından təkmilləşməsinə təkan verib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, yeni müəssisələr və iş yerləri açılıb: “Ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, sosial layihələrin yüksək səviyyədə reallaşdırılması nəticəsində əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb. Hazırda Azərbaycan iqtisadiyyatının modernləşməsi, qazanılmış uğurların daha da möhkəmləndirilməsi, işgüzar mühitin davamlı olaraq dünyada mövcud mütərəqqi yeniliklərə uyğun təkmilləşdirilməsi, rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, qabaqcıl təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması istiqamətində işlər davam etdirilir”.
S. Həsənova Azərbaycanda beynəlxalq maliyyə-iqtisadi institutlarla, o cümlədən DB ilə əməkdaşlığa xüsusi önəm verildiyini, bu qurumla səmərəli əməkdaşlıq edildiyini diqqətə çatdırıb. DB-nin Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko bankın ölkəmizlə əməkdaşlığının Azərbaycanın müəyyənləşdirdiyi prioritetlərə uyğun qurulduğunu vurğulayıb, Azərbaycan iqtisadiyyatının inkişafını yüksək qiymətləndirib. L. Leşçenko DB-nin insan kapitalının inkişafı və instutisional mexanizmlərin daha da təkmilləşdirilməsi, infrastruktur layihələrinin reallaşdırılması, qeyri-neft sektorunun, habelə qeyri-neft sənayesinin inkişafı sahəsində Azərbaycanla əməkdaşlığının əhəmiyyətini qeyd edib. Tədbirdə DB-nin yoxsulluğun azaldılması və iqtisadi idarəetmə üzrə meneceri İvailo İzvorski məruzə ilə çıxış edib, iqtisadiyyatın şaxələndirilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
ABŞ nəşrində “İpək Yolu, gələcəyə səfər, Bakı Limanı” başlıqlı yazı dərc edib
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar
14.11.2018
Azərbaycan məhsullarının ixracı artıb
14.11.2018
Azərbaycan Bolqarıstana fındıq və nar şirəsi ixrac edəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info