Heydər Əliyev Fondunun dəstəyi ilə beynəlxalq sərgi
Tarix: 30.05.2014 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Bu gün "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ənənəvi "Qala festivalı" və "Tullantıdan sənətə" beynəlxalq sərgisinin açılış mərasimi keçiriləcək.
Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində keçiriləcək festivala respublika üzrə orta ümumtəhsil və internat məktəblərindən, uşaq evlərindən, qaçqın və məcburi köçkün ailələrindən 3000-dək uşaq iştirak edəcək.
Heydər Əliyev Fondunun dəstəyi ilə 2010-cu ildən keçirilən festival xalqımızın zəngin tarixi keçmişini və ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədi daşıyır.
Festival çərçivəsində açıq səma altında istedadlı uşaqların əl işləri nümayiş etdiriləcək, rəqs ansambllarının çıxışı olacaq, müxtəlif interaktiv oyunlar təşkil ediləcək.
1 iyun-Uşaqların Beynəlxalq Müdafiə Günü ərəfəsində keçiriləcək festivala Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistan, Bosniya və Herseqovina, Rusiya Federasiyası və digər ölkələrdən də uşaqlar dəvət edilib.
Qala qəsəbəsində mayın 30-da, həmçinin daha bir layihənin- III beynəlxalq "Tullantıdan sənətə" sərgisinin açılış mərasimi olacaq.
Heydər Əliyev Fondunun təşəbbüsü, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığı, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və "QGallery" incəsənət qalereyasının dəstəyi ilə keçiriləcək sərgidə məişət tullantılarından hazırlanan müxtəlif sənət nümunələri nümayiş etdiriləcək. Sərgidə Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Böyük Britaniya, Niderland, İspaniya, Türkiyə, Çexiya, Kuba, Kolumbiya və Yaponiyadan olan sənətkarların da əl işləri təqdim olunacaq.
Sərginin əsas məqsədi insanlara ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, planetin ekoloji sağlamlığına qayğı ilə yanaşmanı təbliğ etmək, insanları israfçılıqdan yayındırmaq və onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir. Layihədə iştirak edən sənətkarlar istifadəyə yararsız hesab olunan kağız, avtomobil hissələri, şüşə, dəmir qırıqları və digər tullantılara ikinci həyat veriblər. Bununla da "lazımsız əşyalar toplusu"dan hətta incəsənət əsərləri də düzəltməyin mümkün olduğunu bir daha nümayiş etdiriblər.
Artıq 3-cü dəfə keçirilən bu beynəlxalq tədbirin Qala qəsəbəsində təşkili isə təsadüfi deyil. Belə ki, 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC Qala qəsəbəsində tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun qurulması üzrə "Təmiz Qala" pilot layihəsini həyata keçirir. Layihənin məqsədi Qala qəsəbəsində tullantıların çeşidlənmiş şəkildə toplanması, daşınması və təkrar emalını müasir şəkildə təşkil etməkdir. Buna uyğun olaraq, tullantıların vaxtlı-vaxtında toplanması və daşınması ilə yanaşı, onların əhali tərəfindən üzvi və qeyri-üzvi tullantılar üzrə çeşidlənməsi üçün Qala qəsəbəsində müxtəlif konteynerlər quraşdırılıb.
İyunun 3-dək davam edəcək sərgini izləmək istəyən hər bir kəsin iştirakını təmin etmək məqsədi ilə İçərişəhərin Qoşa Qala qapılarının önündən gündə iki dəfə (saat 12:00 və 15:00-da) pulsuz avtobus turları təşkil olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info