Merdən 15 rusu xilas edən 3 azərbaycanlıya təşəkkür
Tarix: 30.05.2014 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Krasnoyarsk şəhərinin meri Edxam Akbulatov göstərdikləri qəhrəmanlıq və şücaətə görə Rəhimov qardaşlarına təşəkkür edib. Şəhəri meri Rəhimov qardaşları ilə görüşüb. Onların valideynlərinə belə övlad tərbiyə etdiklərinə görə təşəkkürünü bildirib: "Onlar yeganə şəxs olublar ki, hadisə zamanı qəhrəmanlıq göstərərək insanlara yardım ediblər. Bəziləri kimi hadisəni müşahidə edərək mobil telefonun kamerasına çəkməyiblər".
Qeyd edək ki, Rusiyanın Krasnoyarsk şəhərində üç azərbaycanlı qardaş qəhrəmanlıq göstərərək 15 nəfəri ölümdən və ağır yanıq xəsarətləri almaqdan xilas edib. Məlumata görə, hadisə may ayının 22-də səhər saatlarında baş verib.
Krasnoyarsk şəhərinin Sverdlovsk rayonunun Vavilova küçəsində avtomobil yolunun altı ilə keçən su borusunun partlaması nəticəsində boruda olan qaynar su sərnişin avtobusunun içinə dolub. Avtobusun sürücüsü hadisə yerindən qaçıb. Sərnişinlər isə qapıları bağlı olan avtobusun içində köməksiz vəziyyətdə qalıblar. Yüksək təzyiqlə fontan vuran qaynar su avtobusun içinə dolub.
Bu zaman Azərbaycan vətəndaşları olan Rəhimov qardaşları avtobusun şüşələrini qıraraq sərnişinlərin çıxmasına kömək ediblər. Hadisə şahidlərinin verdiyi məlumata görə, Rəhimov qardaşlarından başqa ətrafda olan insanlardan heç kəs onlara kömək etməyə cəhd göstərməyib: "Azərbaycanlı qardaşlar olmasaydı çoxlarımız bəlkə ya şikəst qalmışdıq, ya da o biri dünyada idik".
"Həmin gün qardaşlarımla birgə bazarda işdəydik. 20 metr aralıda avtоbusun içində su fontanı gördük. Qışqırıq səsləri eşidən kimi həmin yerə tərəf qaçdıq. Adamlar avtobusun salonunda ora-bura qaçırdılar. Biz avtobusun qapısını sındırmağa başladıq. Mən daşla avtobusun arxa şüşəsini sındırdım və sərnişinləri avtobusdan çıxarmağa başladım. Qardaşlarım isə sındırdıqları qapıdan yanıq xəsarətləri almış qadın və uşaqları çıxardılar", deyə azərbaycanlı Səbuhi Rəhimov bildirib.
İçərisinə qaynar su dolan avtobusun sərnişini Lyudmila Kolemasova isə baş verənləri belə xatırlayır: "Avtobusun sürücüsü bizi darda qoyub qaçdı. Baş verənlər dəhşətli idi. Kənarda olan insanlar isə dayanıb bizim qaynar suda çabalamağımızı telefonla videoya çəkirdilər. Mən ancaq üç nəfər qan içində olan qeyri-rus millətindən olan oğlanın bizi xilas etdiklərini gördüm".
Hadisə zamanı avtobusda 15 sərnişin olub. Onların bir qismi orta məktəb şagirdi olub. Qəza nəticəsində 14 nəfər xəsarət alıb, onlardan 8 nəfəri Krasnoyarsk xəstəxanasının yanıq mərkəzinə yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info