“Mənim üçün şərəfdir ki, 10 ilə yaxındır UNESCO-nun xoşməramlı səfiriyəm”
Tarix: 30.05.2014 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva UNESCO-nun Baş Konfransının sədri Hao Pinq ilə görüşüb. Fonddan verilən məlumata görə, Mehriban Əliyeva həm Azərbaycan dövlətinin, həm də Heydər Əliyev Fondunun UNESCO ilə əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edib. “Mənim üçün şərəfdir ki, 10 ilə yaxındır UNESCO-nun xoşməramlı səfiriyəm”, - deyən Mehriban Əliyeva bildirib ki, Azərbaycan ilə UNESCO arasında əlaqələr ildən-ilə daha da genişlənərək yüksək səviyyəyə çatıb. Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, digər ölkələrdə də UNESCO ilə birgə layihələr həyata keçirdiyini xatırladan birinci xanım bu əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyini, yeni layihələrin reallaşdırılacağını vurğulayıb. Hao Pinq isə öz növbəsində UNESCO-nun baş direktoru İrina Bokovanın və təşkilatın xüsusi elçisi, Çinin birinci xanımı Pen Liyuanın salamlarını Mehriban Əliyevaya çatdırıb, Heydər Əliyev Fondunun elm, təhsil və mədəniyyət sahələrində UNESCO ilə birgə həyata keçirdiyi layihələrlə əlaqələrin inkişafına böyük töhfə verdiyini söyləyib. Qonaq Azərbaycanın və paytaxt Bakının inkişafından məmnunluğunu ifadə edib
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info