Kiprdəki azərbaycanlı tələbələrdən unudulmaz tədbir
Tarix: 30.05.2014 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Şimali Kipr, Doğu Akdeniz Universitetində 28 May Respublika Günü ilə bağlı tədbir keçirilib. Tədbir Gazimağusa şəhəri Rauf Denktaş Mədəniyyət və Konqres Sarayında Azərbaycan-Kipr Tələbə Assosiasiyasının (Azerbaijan Student Association in Cyprus - ASAC) təşkilatçılığı və Doğu Akdeniz Universiteti, ŞKTC-Azərbaycan Mədəniyyət Mərkəzi, Yakın Doğu Universiteti və Uluslarlarası Kıbrıs Universitetinin dəstəyi ilə keçirilib. Tədbiri açıq elan etmədən öncə aparıcılar Rəşad Hacıyev və Nigar Şərifli Azərbaycan şəhidlərinin və 13 may qardaş Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsində həyatını itirmiş insanların xatirəsinə 1 dəqiqəlik sükut elan ediblər. Ardından isə Azərbaycan və Türkiyənin himnləri səsləndirilib.
ASAC-ın təşkil etdiyi ilk tədbirin açılış nitqini təşkilatın həmtəsisçisi və sədri Kamran Əliyev gerçəkləşdirib. Kamran Əliyev öz çıxışında yeni yaradılan ASAC və 28 May Respublika Günü ilə bağlı məlumat verib. Məlumatda yeni yaradılan ASAC-ın universitetlər üzrə prezidentlərinin adları açıqlanıb. Beləliklə, Doğu Akdeniz Universiteti üzrə prezident Toğrul İbrahimli, Yakın Doğu Universiteti üzrə Rizvan Allahverdiyev, Uluslararası Kıbrıs Universiteti üzrə Müqəddəs Abbasov, ASAC-ın baş katibi isə Toğrul Abbasov olub. Sonda isə qeyd edilib ki, ASAC-ın ilk tədbiri məhz 28 May Respublika Günü ilə bağlıdır. Açılış nitqindən sonra Doğu Akdeniz Universiteti adından Tanya Barkinay Serenli, Yakın Doğu Universiteti adından Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Cavanşir Quliyev, ardından isə Uluslararası Kıbrıs Universitetinin biznes elmi kafedrasının həmsədri, professor Vəfa Əfəndizadə çıxış edib Azərbaycan xalqını bayram münasibətilə və həmçinin ASAC-ın ilk tədbiri olduğu üçün təbrik ediblər. Tədbir boyunca azərbaycanlı və xarici tələbələr rəngarəng çıxışlarla Azərbaycanın mədəniyyətini və adət-ənənələrini fərqli ölkələrin vətəndaşlarına çatdırıblar.
Gecə, Azərbaycanın və Dağıstanın Əməkdar artisti, tədbirin fəxri qonağı Ədalət Şükürovun konserti ilə yaddaşlarda qalıb. Əməkdar artistin çıxışından sonra ASAC-ın Doğu Akdeniz Universiteti üzrə prezidenti Toğrul İbrahimli Ədalət Şükürova xatirə plaketini təqdim edib. Tədbir rəngarəng atəşfəşanlıq ilə sona çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info