“Şuşaya Azadlıq!” kampaniyasına Rusiyada da start verildi
Tarix: 30.05.2014 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Yeni Nəfəs İctimai Birliyinin Rusiya nümayəndəliyi bununla bağlı bəyanat yayıb: “Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin başlatdığı “Şuşaya azadlıq” kampaniyasına Rusiya Federasiyasında “Yeni nəfəs” ictimai birliyinin Rusiya nümayəndəliyi tərəfindən hər çür dəstək veriləcəyini və “Şuşaya Azadlıq!” kampaniyasına Rusiya Federasiyasında start verildiyini bəyan edirik”, deyə nümayəndəliyin rəhbəri Toğrul Allahverdiyev qəzetimizə bildirib.
Onun sözlərinə görə, “Şuşaya azadlıq!” kampaniyası çərçivəsində Rusiya Federasiyasında Qarabağ problemi, Şuşa şəhərinin tarixi və işğalı haqqında rus dilində video-çarxlar və kitabçalar hazırlanaraq Rusiya ictimaiyyətinə yayılacaq: “Bundan başqa Şuşa şəhərinin işğalının ildönümü qeyd olunacaq, tanınmış şuşalılar haqqında məlumat veriləcək, Şuşan şəhərinin Azərbaycan tarixində rolu, bugünkü vəziyyəti haqqında elmi və praktiki konfranslar təşkil olunacaq, tanınmış Rusiya ictimaiyyət nümayəndələrinin fikirləri öyrənilərək Azərbaycan və Rusiya mətbuatında, sosial şəbəkələrdə işıqlandırılacaq. Başqa xalqların nümayəndələri ilə birlikdə aksiyalar təşkil olunacaq, Azərbaycan mətbəxinin təamları ilə yanaşı Şuşa şəhəri haqqında hazırlanmış bukletlər paylanacaq.
“Yeni nəfəs”in Rusiya nümayəndəliyi Rusiya Federasiyasında “Şuşaya Azadlıq!” kampaniyasının Rusiya ictimaiyyətinə tanıtdırılmasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiya Azərbaycan Gənclər Təşkilatının, “İnterAz” teleradio şirkətinin və Rusiya Federasiyasında fəaliyyət göstərən bütün ictimai birliklərin mənəvi dəstəyinə arxalanır”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info