Kəmaləddin Heydərov: “Məqsədimiz xilasedicilərin fəlakət zonasına çox qısa müddətdə yetişməsini təmin etməkdir”
Tarix: 30.05.2014 | Saat: 19:24:00 | E-mail | Çapa göndər


Balakən rayonunda Dövlət Yanğından Mühafizə Hissəsinin yeni binasının açılışını etdik. Bilirsiniz ki, respublika ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində görülən işləri təkmilləşdirmək məqsədi ilə təsdiq edilmiş proqrama uyğun olaraq, hazırda ölkənin müxtəlif yerlərində, əhalinin sıx yaşadığı ərazilərdə, kəndlərdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yeni hissələri, bölmələri yaradılır. Məqsədimiz odur ki, ən qısa müddətdə, maksimum 10 dəqiqə ərzində xilasedicilər, yanğınsöndürənlər fəlakət zonasına yetişə bilsinlər. Bu, dövlətimizin proqramıdır. Prezident İlham Əliyevin nazirliyin qarşısında qoyduğu vəzifədir.
Bu fikirləri fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni binasının açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində bildirib.
Nazir daha sonra deyib: Ümumiyyətlə, yaxın illərdə Azərbaycanın bütün yaşayış məntəqələrində baş verə biləcək yanğın və ya təbii fəlakətlərin nəticələrinin təcili surətdə aradan qaldırılması üçün xilasedicilərin, yanğınsöndürənlərin çox qısa zamanda, 10 dəqiqədən də az müddətdə fəlakət zonasına yetişməsi təmin olunacaq. Nazirlik olaraq, qarşıya belə bir məqsəd qoymuşuq və bu məqsədə doğru irəliləyirik.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
13.02.2019
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
13.02.2019
Dövlətmizin uğurlu idman siyasəti
13.02.2019
“Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir”
11.02.2019
Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim
09.02.2019
Evini, ocağını “ucuz tutmaq” yoxdur milli düşüncəmizdə…

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info