“Azərbaycan: “47”liyə başçılıq edən ölkə” adlı məqalə yayılıb
Tarix: 30.05.2014 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Pakistanın “DNA News” agentliyi və “Centreline” jurnalı Avropa İttifaqı, Avropa Şurası və NATO üzrə mütəxəssis, bu agentliyin və jurnalın baş redaktoru Ansar Battinin “Azərbaycan: “47”liyə başçılıq edən ölkə” adlı məqaləsini yayıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məqalədə cari ilin may ayından başlayaraq Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində rotasiya prinsipi əsasında sədrlik etdiyi bildirilir və bu sədrliyin həm Avropa Şurası, həm də qurumun üzv ölkələri üçün çox mürəkkəb bir dövrə təsadüf etdiyi vurğulanır.
Yazıda mayın 20-23-də Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın və AŞPA-nın prezidenti Ann Brassörün Azərbaycanda səfərdə olduqları, yüksək səviyyəli dövlət və hökumət rəsmiləri ilə görüşlər keçirdikləri qeyd edilir. Bildirilir ki, görüşlərdə Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsində sədrlik prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, aktual beynəlxalq və regional məsələlər və s. barədə müzakirələr aparılmışdır.
Yazıda bildirilir ki, T.Yaqland Bakıda “ASAN xidmət” mərkəzində də olmuş, xidmətin fəaliyyətini yüksək qiymətləndirmiş və bunun digər Avropa ölkələri üçün nümunə ola biləcəyini bildirib.
Müəllif məqaləsində AŞPA-nın daimi komitəsinin Bakıda keçirilmiş iclası haqqında da ətraflı məlumat verir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info