Vətəndaşlar “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası barədə məlumatlandırılır
Tarix: 30.05.2014 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


“Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyi Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə bağlı ictimai müzakirələr adlı layihəsi davam edir. Layihənin məqsədi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması sahələrində qarşıya qoyulmuş vəzifələrlə bağlı ictimai müzakirələrin təşkil olunmasıdır.
Bu məqsədlə təşkilat “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası barədə vətəndaşları məlumatlandırmaq, Konsepsiyada insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması sahələrindəki vəzifələrin ictimai müzakirəsini təşkil etmək, vətəndaşların sosial müdafiə sisteminin qurulması sahəsindəki yeniliklərin müqayisəli təhlilini aparmaq, Dövlətin vətəndaşına göstərdiyi qayğının və diqqətin təbliğinə nail olmaq kimi məsələlərlə bağlı ictimai müzakirələr keçirir.
Keçirilmiş növbəti tədbir zamanı İctimai Birliyin sədri Xanım Əhmədzadə layihənin məqsədi, vəzifələri və görülmüş işlər barədə məlumat verərək bildirmişdir ki, dinamik inkişafını uğurla davam etdirən müasir Azərbaycan qısa zamanda siyasi və iqtisadi resurslarını möhkəmlədərək dövlətçiliyini inkişaf etdirmiş, demokratik dəyərlərə yiyələnməklə özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaratmış, yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində ciddi uğurlar qazanmışdır. Qlobal iqtisadi-maliyyə böhranı illərində bir çox ölkələrin ciddi problemlərlə üzləşməsi fonunda Azərbaycan iqtisadiyyatı davamlı inkişaf etmiş, makroiqtisadi sabitlik təmin olunub.
2012-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası inkişafın iqtisadi aspektləri ilə yanaşı, özündə insan kapitalının inkişafını, səmərəli sosial müdafiə sisteminin qurulmasını, institusional potensialın güclənməsinı, vətəndaş cəmiyyətinin inkişafını, mədəni irsin qorunmasını, ətraf mühitin mühafizəsini də əks etdirir. 2020-ci ilədək dövrü əhatə edən bu Konsepsiyada qeyd olunduğu kimi, hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
İctimai müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılmış, təklifləri və rəyləri dinlənilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info