“Sosial Müdafiənin İnkişafı Layihəsi”nin icra mexanizmi təkmilləşdirilir
Tarix: 30.05.2014 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının birgə layihəsi olan “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin öz əsas komponentləri üzrə icra mexanizminin təkmilləşdirilməsi istiqamətində islahatyönümlü tədbirlərə başlanılıb. Tədbirlər çərçivəsində ƏƏSMN-nin müvafiq əmri ilə Elnur Süleymanov Layihənin direktoru təyin olunub.
E.Süleymanov 1976-cı ildə anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini, 2000-ci ildə Asiya Universitetinin hüquq fakültəsini bitirib. 2003-2005-ci illərdə Moskva şəhərində “Ali İqtisadiyyat Məktəbi” Dövlət Universiteti yanında Ali Menecment Məktəbində strateji menecmentlik ixtisası üzrə MBA dərəcəsinə yiyələnib. Rusiya Sahibkarlıq Akademiyasının aspirantıdır.
1996-2001-ci illərdə Azərbaycan Beynəlxalq Bankında, 2001-2003-cü illərdə “Allianz Group” Şirkətinin əməkdaşı kimi AFR, ABŞ və RF-da fəaliyyət göstərib. 2003-2011-ci illərdə Moskva şəhərində “ROSNO” ASC sığorta şirkətində məsul vəzifələrdə, habelə İdarə Heyətinin üzvü vəzifəsində çalışıb. 2011-2012-ci illərdə “ONEXİM GROUP” şirkətinin icraçı direktoru, 2012-2013-cü illərdə “Soqlasie” MMC-nin Baş direktoru və İdarə Heyətinin sədri, 2013-cü ilin may ayından hazırkı dövrədək NPO MAKSS GRUPP şirkətinin Müşahidə Şurasının sədri olub. Türk, rus və ingilis dillərini mükəmməl bilir.
“Sosial Müdafiənin İnkişafı Layihəsi”nin ƏƏSMN-nin institusional və insan resursları imkanlarının genişləndirilməsi, idarəetmə sisteminin və sosial təminat proqramlarının təkmilləşdirilməsi, əmək bazarının inkişafı və digər istiqamətlərdə fəaliyyəti gücləndiriləcək. Sosial müdafiə sistemində müasir tələblərə uyğun iş metodlarının hazırlanması və tətbiqi, əhaliyə xidmət səviyyəsinin keyfiyyətcə yüksəldilməsi və bu sahədə şəffaflığın təminatı sahələrində ƏƏSMN tərəfindən aparılan islahatlarda layihənin rolu artırılacaq.
Eyni zamanda, müasir bazar iqtisadiyyatının tələbləri ilə uyğunlaşan keyfiyyətli əmək ehtiyatları bazasının yaradılması, sosial təminat sisteminin təkmilləşdirilməsində yeni texnologiyaların tətbiqi, xidmət sferasında avtomatlaşdırmanın təmin olunması kimi işlərdə Layihənin imkanlarından daha səmərəli istifadə olunacaq.


İlkin




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info