“Biz Avrasiya regionunu sabit və çiçəklənən görmək istəyirik“
Tarix: 30.05.2014 | Saat: 21:12:00 | E-mail | Çapa göndər


Belarus Prezidenti Aleksandr Lukaşenko MDB ölkələri arasında münasibətlərdə təşkilatın roluna yenidən baxmağı təklif edir. BELTA-nın verdiyi məlumatına görə, bu barədə A.Lukaşenko Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmiş nümayəndə heyətlərinin rəhbərləri ilə görüşündə deyib.
Qlobal dəyişikliklərin baş verdiyini deyən Prezident bunun beynəlxalq münasibətlərdə və keçmiş sovet məkanında qeyri-sabitliyin artması ilə müşahidə olunduğunu qeyd edib: "Əminəm ki, biz Avrasiya regionunu sabit və çiçəklənən görmək istəyirik".
A.Lukaşenko bildirib ki, bu zaman məntiqi sual yaranır: "Bəlkə biz həqiqətən də MDB ölkələri arasında münasibətlərdə təşkilatın roluna yenidən baxmalıyıq?".
Belarus lideri hökumət başçılarına Birliyin bu və ya digər inkişaf məsələləri ilə bağlı öz fikirlərini bildirməyi təklif edib.
Prezident etiraf edib ki, MDB hazırda çətin dövrünü yaşayır: "Keçmiş sovet məkanında yeni gərginlik mənbələri və zorakılığın artması ilə bağlı tez-tez xəbərlər eşidirik. Yəqin biz vacib qərarların qəbul edilməsində operativlik göstərmirik və fəaliyyətimizi koordinasiya etmirik. Əgər belədirsə, bu istiqamətdə də işləmək lazımdır".
Onun sözlərinə görə, MDB-nin faydalı olması açıq-aşkardır: "Məhz MDB Birlik ölkələri vətəndaşlarına sərbəst yerdəyişmə imkanı verdi. Təşkilatın sayəsində Birlik ölkələrinin sərhəd, gömrük, xilasedici və digər orqanları sistemli fəaliyyət göstərməyə başladılar. Biz iqtisadi fəaliyyətin genişlənməsi üçün xeyli səy göstərdik. İş adamları MDB çərçivəsində azad ticarət zonası haqqında müqavilənin üstünlüyünü layiqincə qiymətləndirdilər".
A.Lukaşenko qeyd edib ki, MDB əməkdaşlıq üçün əsas siyasi və iqtisadi səviyyəni təmin edir və hər bir iştirakçı ölkənin marağında olduğu istiqaməti inkişaf etdirməyə haqqı var.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Cənubi Koreyada Ali Məhkəmənin sabiq sədri həbs olunub
24.01.2019
Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
23.01.2019
İran Fars körfəzində yeni neft ehtiyatı aşkarlayıb
23.01.2019
Donald Trampa NATO-dan çıxmağı qadağan etdilər
23.01.2019
Fransalı nazir polis zorakılığını etiraf etməyə məcbur olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info