“Biz bəzi hallarda bu məsələyə Türkiyədən də həssas yanaşıb münasibət bildiririk”
Tarix: 30.05.2014 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


“Ermənilərin qondarma soyqırımı təbliğatına qarşı Azərbaycan dünyada ən aktiv, ən güclü iş aparan dövlətdir. Biz bəzi hallarda bu məsələyə Türkiyədən də həssas yanaşıb münasibət bildiririk”. Bunu jurnalistlərə açıqlamasında ermənilərin gələn il planlaşdırdıqları qondarma soyqırımın 100 illiyi ilə bağlı tədbirlərə Türkiyə rəhbərliyini dəvət etməsinə münasibət bildirən Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. Azərbaycanın uydurma soyqırımı məsələsinə qarşı mübarizə apardığını söyləyən N. Məmmədov rəsmi Bakının bu məsələdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın mövqeyi ilə razı olduğunu bildirib: “Biz razıyıq ki, bu məsələ tarixçilər və alimlər tərəfindən öyrənilməlidir. Bu məsələləri siyasiləşdirmək, müəyyən divident qazanmaq düzgün deyil. Düşünürəm ki Ermənistan rəhbərliyi hansı addımı atırsa atsın, arxasında bir məkrli niyyət var. Onlar dəvət də ediblər. Futbola da gəlib baxıblar. Sonra görürsən ki, əsl fikirləri başqadır. İndi Türkiyə rəhbərliyi bunu başa düşür. Türkiyə özü hansı addımlar lazımdırsa, atacaq. Əgər Ermənistan rəhbərliyi konstruktiv mövqe tutub, proseslərə ədalətli yanaşma nümayiş etdirərsə, o bütün tərəflərdə qəbul edilə bilər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info