Türkiyənin “Yeniçağ” qəzeti: “Avropa və Asiyada millətçilik güclənir”
Tarix: 30.05.2014 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


Türkiyənin “Yeniçağ” qəzetində müəllif Ümit Özdağ dünyada
millətçiliyin oyanması ilə bağlı maraqlı yazı yazıb. Yazıda qeyd edilir: “Dünya millətçiliyin qlobal səviyyədə oyanması mərhələsinə qədəm qoyub. Bu, təkcə Avropa Birliyi ölkələri olan Fransada, Almaniyada, Böyük Britaniyada və digər ölkələrdə millətçi əhvali-ruhiyyənin yayılması ilə bağlı deyil. Məlumdur ki, bu ölkələrdə millətçi əhvali-ruhiyyənin yüksəlməsi Avropa Parlamentinə seçkilərdə özünü göstərdi. Avropadan başqa, millətçilik Asiyada da baş qaldırıb. Dünyanın ən böyük demokratiyası adlandırılan Hindistanda da seçkilərdə millətçilər qələbə çaldılar. Yaponiyada millətçi hökumət hakimiyyətdədir, yapon cəmiyyətində də millətçilik getdikcə yüksəlməkdədir.
Rusiya-Ukrayna münasibətləri ətrafında cərəyan edən hadisələr göstərir ki, rus millətçiliyi də güclənməkdədir.
Biz görürük ki, hər bir ölkədə millətçiliyin səviyyəsi müxtəlif səbəblərlə əlaqədardır. Amma ümumi bir əsas da var. Bunlardan biri onunla bağlıdır ki, dünya birqütblü durumundan çoxqütblü duruma keçir. Regional oyunçuların və qütblərin mobilləşmiş və hərəkətli qüvvələri millətçilik yaradır.
İkinci səbəb - qloballaşmanın neoliberal kosmopolitizminə və onun milli dövlətçiliyi rədd etməsinə qarşı xalqın əhvali-ruhiyyəsində yaranmış reaksiyanı dayandırmaq imkanlarının olmamasıdır.
Avropa Birliyində millətçiliyin yüksəlişi də birliyin strukturuna münasibətdən doğur. AB ölkələri Brüsseldə texnokratik rejimin yaradılmasına yönləndiriliblər. Bu rejim “daha yaxşı və öncül demokratiya” ritorikası ilə hallandırılır. Eyni zamanda Yakobin bürokratizmi ilə müşayiət olunur və Avropa xalqlarına nəyin yaxşı, nəyin pis olduğunu diktə edir. Bu zaman alman, fransız və digər milli mənsubiyyətlər “Avropa milləti”nin yaradıllması layihəsinə qarşı sərt şəkildə çıxış edirlər. Bu qarşı çıxma özünü təkcə az öncə keçirilmiş seçkilərin nəticələrində büruzə vermədi.
Avropa xalqları gördülər ki, Avropa Birliyinin “Avropa milləti” layihəsinin uğur qazanması üçün mövcud milli idendikliklərin silinməsi cəhdləri var və buna qarşı etnik özünüdərk dirçəlməyə başladı.
Böyük Britaniya, İspaniya bu baxımdan tənəzzül prosesindədir. Belçika AB üzvü olanda unitar dövlət idi. İndi isə federasiyadır, amma bu baxımdan tənəzzül prosesini dayandırmaq mümkün olmayıb. Belçikanın hələ də dövlət olmağa davam etməsi faktı isə özünü AB-nin paytaxtının Brüsseldə olmasında göstərir. İtaliyanın şimalında da separatizm baş qaldırır.
2008-ci ildən başlayan ağır iqtisadi-maliyyə böhranı da Avropa kütlələrində millətçi reaksiyanın baş qaldırmasına səbəb oldu.
Bunlarla bərabər, Avropada millətçiliyin baş qaldırması - təkcə Le Penin başçılıq etdiyi fransız millətçiliyinin artmasında özünü göstərmir. Bütün göstəricilərinə görə, Avropada millətçi əhvali-ruhiyyənin artmasında alman milli siyasəti daha ciddi rol oynayır. 2014-cü ildə Almaniya faktiki olaraq İkinci Dünya müharibəsindən sonrakı dövrdə qəbul edilən hərbi-müdafiə strategiyasından imtina etdiyi və hərbi-müdaxilə strategiyasına keçdiyi barədə bəyan etdi. Bu, çox vacib hadisədir.
Müəyyən mənada bu, İkinci Dünya müharibəsindən qalmış nəticələrdən sonuncusunun da aradan getdiyini göstərir.
Bundestaqın xarici siyasət komitəsinin sədri Rettqen qeyd edir: “Almaniyadan liderlik gözləyirlər”. Bununla o, Berlinin yeni xəttinə işarə edir”.
Yazıda daha sonra qeyd edilir: “Yaponiyanın baş naziri İkinci Dünya müharibəsində həlak olmuş yapon generallarının qəbrini ziyarət etdiyi zaman yapon ordusu Almaniya kimi müdafiə strategiyasından müdaxilə strategiyasına keçir. İndi yapon ordusu amerikan hərbi qüvvələri kimi dəniz piyadaları korpusu yaradır. Yapon cəmiyyətində millətçilik təhsilli gənclər arasında güclənir”.
O da qeyd edilir ki, Hindistanda və Rusiyada baş verən proseslər də bu ölkələrdə millətçiliyin tərəqqi etdiyini büruzə verir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info