“ABŞ və Azərbaycan arasında birbaşa hava reyslərinin açılması iki ölkə üçün müsbət irəliləyişdir”
Tarix: 30.05.2014 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


“ABŞ və Azərbaycan arasında birbaşa hava reyslərinin açılması iki ölkə üçün müsbət irəliləyişdir”. Bunu ABŞ nəqliyyat nazirinin aviasiya və beynəlxalq məsələlər üzrə köməkçisi Suzan Kurland bildirib.
S.Kurland qeyd edib: "Bu kimi reyslər tərəfdaşlıq, ticarət, turizm və iqtisadi artımı təşviq edə bilər".
Onun sözlərinə görə, mayın 21-də "Azərbaycan Hava Yolları" QSC ABŞ Nəqliyyat Departamentindən Bakı - Nyu-York uçuşlarını həyata keçirməyə imkan verən ilkin iqtisadi lisenziya alıb: "Hava nəqliyyatı daşıyıcısı ABŞ-ın Federal Aviasiya Administrasiyası, Nəqliyyat Təhlükəsizliyi Administrasiyası, Gömrük və Sərhəd Mühafizəsi İdarəsi kimi dövlət orqanlarından lazımi səlahiyyətləri aldıqdan və Nyu-Yorkdakı yerli hava limanı orqanları ilə lazımi tədbirlər gördükdən sonra fəaliyyətə başlaya bilər".
Gələcəkdə Azərbaycandan ABŞ-ın digər şəhərlərinə birbaşa reyslərin həyata keçirilməsi məsələsi toxunan S.Kurland bildirib ki, ABŞ əlavə xidmətlər üçün gələcəkdə müraciətlərə baxa bilər: "ABŞ və Azərbaycan tərəfi mümkün "Açıq səma" hava nəqliyyat sazişi üzərində müzakirələr aparır. "Açıq səma" sazişi Azərbaycanın hava nəqliyyat daşıyıcılarına ölkənin bütün nöqtələrindən ABŞ-ın hər bir nöqtəsinə reyslər həyata keçirmək hüququ verəcək".
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info