«Son zəng» tədbirləri Səbail rayon məktəblərində
Tarix: 30.05.2014 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


Ənənəvi olaraq «Son zəng» tədbirləri Səbail rayonunun bütün 18 orta məktəbində təntənəli şəkildə qeyd olunub. Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən böyük hazırlıq işləri aparılıb, bilik bayramının yüksək səviyyədə, bütün məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan bir əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni ediblər. Səbail rayonunda 18 orta məktəblərində 2075 nəfər pedaqoji işçi çalışır. Orta məktəblərdə 20919 şagird təhsil alır ki, bu il onların 1350 nəfəri məzundur. Şəhərin mərkəzində yerləşən 6 saylı tam orta məktəbdə ümumilikdə 1993 nəfər şagird təhsil alır. Bu il 2 sinifdə 73 şagird 11-ci sinfi bitirir. Məktəbdə 113 müəllim çalışır ki, onların 5 nəfəri Əməkdar müəllimdir. 6 saylı tam orta məktəb 2007-2008-ci və 2012-2013-cü tədris illərinin yekunlarına görə «Ən yaxşı ümumtəhsil müəssisəsi» müsabiqəsinin, məktəbin 13 nəfər müəllimi isə «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri arasında olublar. 2013-cü ildə məktəbin müəllimi Səfərova Əminə «Tərəqqi» medalına, məktəbin məzunu Səfərova Zəhra «Qızıl medala» layiq görülüb.
Tədbirə toplaşan məzunları, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 6 saylı orta məktəbin direktoru Gülşən Orucova məktəb kollektivinin uğurlarını qeyd edərək məktəbin məzunu - 1967-1977-ci illərdə bu məktəbdə oxumuş Prezident İlham Əliyevin səyləri ilə respublikamızda təhsilə olan diqqət və qayğıdan, məhz cənab Prezidentin sərəncamına əsasən 6 saylı tam orta məktəbin sökülərək yenidən tikilməsi və ölkə başçısının iştirakı ilə 2011-ci il sentyabrın 15-də istifadəyə verilməsindən, burada müasir təhsil üçün hər cür şərait yaradılmasından danışıb, məzunları Prezidentimiz kimi vətənpərvər, işgüzar olmağa çağırıb, onlara gələcək həyatda uğurlar arzulayıb.
Tədbirdə valideynlər, müəllimlər qonaqlar on birinciləri təbrik edib, məzunlar isə mahnı və rəqsləri ilə öz məharətlərini göstəriblər.
Paytaxtımızın mərkəzindəki 132-134 saylı təhsil Kompleksində keçirilən son zəng tədbirləri xüsusi təntənə təşkil olunmuşdur. 150 yaşlı, böyük ənənələrə malik 132-134 saylı Təhsil Kompleksində hazırda 80 sinifdə 2200 şagird təhsil alır. Bu il məktəbi 85 məzun bitirir ki, onlardan 10 nəfəri «Qızıl medal»a namizəddir. Kompleksdə 300 nəfər işçi çalışır, onlardan 200 nəfər müəllimdir. Pedaqoji işçilər arasında 2 elmlər namizədi, 6 əməkdar müəllim var. Təhsil Kompleksi «İlin ən yaxşı məktəbi» müsabiqəsinin qalibi olub. Kompleksin 13 müəllimi «Ən yaxşı müəllimi» müsabiqəsinin qaliblərindəndir. Keçən il ərzində isə məktəbin məzunlarından 8 nəfər «Qızıl» medala layiq görülüb.
Ölkə başçısının sərəncamına əsasən 2010-cu ildə əsaslı şəkildə təmir olunaraq yenidən qurulub və Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş 132-134 saylı Təhsil Kompleksi bu gün şəhərimizin mərkəzi üçün gözəl memarlıq abidəsinə çevrilib.
«Son zəng» tədbirində məzunları və birinciləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 132-134 saylı Təhsil Kompleksin direktoru, əməkdar müəllim Sara Xanlarova çıxışını ümummilli liderimiz Heydər Əliyevin «Təhsil millətin gələcəyidir» sözləri ilə başladı, ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışdı, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verdi və bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzuladı. Sara Xanlarova həmçinin bu gözəl və hər cür tələblərə cavab verən Kompleksə görə məktəb kollektivi adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbir məktəblilərin musiqili-bədii çıxışları ilə davam etdi, müəllimlər, valideynlər, çoxsaylı qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar.
Məktəblərdə keçirilən tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın da təhsilin inkişafı istiqamətindəki fəaliyyəti barədə banışıb. A.Əsgərov müstəqil həyatın astanasında duran məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıb, ölkə rəhbərliyi tərəfindən respublikamızda təhsil sahəsində aparılan işlər və bu qəbildən Səbail rayonunda həyata keçirilən layihələr barədə də ətraflı məlumat verib, məktəblərin pedaqoji kollektivinə gələcək işlərində uğurlar arzulayıb.
Tədbirlərdə iştirak edən digər qonaqlar müstəqil həyatın astanasında duran məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.
Səbail rayonunun digər məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçmiş və məzunların həyatında yaddaqalan bir günə çevrilib.
Ənənəvi olaraq orta məktəblərdə keçirilən son zəng tədbirlərində Səbail Rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, ağsaqqallar, mədəniyyət xadimləri iştirak ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info