İqtisad Universitetində dəyirmi masa
Tarix: 31.05.2014 | Saat: 02:12:00 | E-mail | Çapa göndər


İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 30 may 2014-cü il tarixində, Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris korpusunda “Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirinin artırılması” layihəsi üzrə dəyirmi masa keçirib.
Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin Elm və innovsiyalar üzrə prorektoru, Təhsil Nazirliyinin Elmi-koordinasiya şurasının “Ali təhsilin iqtisadiyyatı” komissiyasının sədri, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin baş məsləhətçisi i.e.d. prof. Əvəz Bayramov acılış nitqiylə çıxış edib. O, “Azərbaycan 2020: Gələcəyə baxış inkişaf konsepsiyasında insan kapitalının inkişafında elm və təhsilin vəhdətinin konseptual əsasları barəsində iştirakçılara məlumat verib. Sonra layihənin əhəmiyyətindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin nümayəndəsi Qalib Yaqubov danışıb. Növbəti olaraq İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri i.f.d. Ruslan Atakişiyev “Universitetlərdə kadr hazırlığı və elmi-tədqiqat işlərinin ölkənin sosial-iqtisadi inkişafına təsirlərinin artırılması” layihəsinin təqdimatını edib. Təqdimat zamanı iştirakçılara layihənin məqsədi, tövsiyə sənədini hazırlanması ilə bağlı iş planı və ölkənin sosial-iqtisadi inkişafının əsas prioritetləri haqqında çıxış edib. Sonda tədbir iştirakçıları Tövsiyə sənədinə öz təkliflərini bildiriblər. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşı, Bakı şəhərində yerləşən 26-ya yaxın universitetdən profesor, müəllim, doktorant və magistrlər, beynəlxalq təşkilatların və yerli QHT-lərin təmsilçiləri iştirak edib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Ölkə ərazisində havanın hərarəti 13 dərəcəyə yüksələcək
24.01.2019
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti birgünlük ləğv edilir
24.01.2019
Xaçmazda özünüməşğulluq proqramı çərçivəsində 126 ailə təsərrüfatı yaradılıb
24.01.2019
Qazaxda Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulur
23.01.2019
Qobustan qəsəbəsinin problemləri həll edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info