“Avrasiya İqtisadi Birliyi suverenliyə təhlükə deyil”
Tarix: 31.05.2014 | Saat: 02:19:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, Rusiya, Belarus və Qazaxıstan cümə axşamı Avrasiya İqtisadi Birliyinin yaranması haqqında müqavilə imzaladılar. Müqavilənin şərtləri 1 yanvar 2015-ci il tarixində qüvvəyə minəcək. Üç ölkə səlahiyyətlilərinin görüşündə Rusiya prezidenti Vladimir Putin bir daha qeyd edib ki, Avrasiya İqtisadi Birliyinə qoşulma bu ölkələrin suverenliyinin itirilməsi demək deyil. Müqavilənin əlamətdar və tarixi dəyərini qeyd edən Rusiya prezidenti əlavə edib: “Bu sənəd vətəndaşlarımızın iqtisadi inkişafı və gələcək rifahı üçün geniş perspektivlər açır”.
Daha sonra o, qeyd edib ki, bu “üçlük” enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrin əsas sektorlarda əlaqələndirilmiş siyasət həyata keçirəcəklər: “Dünya səhnəsində tam beynəlxalq hüquqi və Dünya Ticarət Təşkilatının prinsipləri əsasında fəaliyyət göstərən yeni iqtisadi təşkilat yaradılır. Milli hakimiyyət orqanlarının müəyyən səlahiyyətlərinin birliyə verilməsi bu ölkələrin suverenliyi üçün heç bir təhlükə yaratmır”, -deyə Vladimir Putin qeyd edib.
2015-ci ildə yaradılması nəzərdə tutulan Avrasiya İqtisadi Birliyi üç dövlətin iqtisadi inteqrasiyasının ən qabaqcıl formasını özündə əks etdirəcək. Birlik, qeyd edildiyi kimi, artıq ümumi gömrük ərazisinə malikdir və MDB ölkələrinin ümumi daxili məhsulunun 85% -ni təşkil edir.
Avrasiya İqtisadi Komissiyası Rusiya Federasiyası, Belarus və Qazaxıstan prezidentlərinin qərarı ilə 2011-ci ildə Gömrük İttifaqının və Ümumi İqtisadi Məkanın vahid tənzimləyici orqanı kimi yaradılmışdı. Milli nəzarət statusuna malik təşkilat, üç dövlətin hər hansı birinə tabe deyil. Komissiyanın qərarları üç ölkənin ərazisində məcburidir.
Avrasiya İqtisadi Komissiyasının əsas məqsədi Gömrük İttifaqı və Ümumi İqtisadi Məkanın əməkdaşlıq və inkişafına şəraiti təmin etmək, eləcə də, inteqrasiyanın daha da genişləndirilməsinə şərait yaratmaqdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info