KİVDF Şəmkirdə konfrans keçirib
Tarix: 31.05.2014 | Saat: 02:25:00 | E-mail | Çapa göndər


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Şəmkir şəhərində Azərbaycanın şimal-qərb bölgəsində fəaliyyət göstərən KİV-lər üçün konfrans
keçirilib.

Konfransda bölgəyə daxil olan rayonlarda fəaliyyət göstərən elektron və çap KİV-lərin təmsilçiləri, eləcə də, yerli vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, Şəmkir rayon ictimaiyyəti və ziyalılarının nümayəndələri daxil olmaqla 300 nəfər iştirak edib. Konfrans “İnformasiya əldə etmək haqında Azərbaycan Respublikası qanunvericviliyinin izahı ilə bağlı regional KİV-lərin maarifləndirilməsi” layihəsi çərçivəsində keçirilib. Fondun İcraçı direktoru Vüqar Səfərli və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov konfransda açılış nitqi ilə çıxış edərək, KİV-lərlə yerli icra strukturlarının əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti yönündə fikirlərini bölüşüblər. Bundan sonra
KİVDF-nin ekspertləri “İnformasiya əldə etmək haqqında” qanun, ona əlavə və dəyişikliklər barədə məruzə ilə çıxış edərək, informasiya əldə etmək haqqında qanunun medianın fəaliyyəti üçün yaratdığı üstünlüklərdən bəhs ediblər. “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Trend” İnformasiya Agentliyinin baş redaktoru İlqar Hüseynov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli çıxış edərək “İnformasiya əldə etmək haqında” qanunun jurnalistlərə informasiya əldə etmək sahəsində verdiyi imtiyazlardan danışıblar. “Şəmkir” qəzetinin baş redaktoru İlyas Qasımov, Qazax rayonunda nəşr edilən “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayılov, Gədəbəy rayonunda nəşr edilən “Qızıl Gədəbəy” qəzetinin baş redaktoru Əsədulla Cəfərov, Şəmkir Regional QHT təlim və resurs mərkəzi İB-nin sədri Fuad Bədəlov, Yeni Azərbaycan Partiyası Şəmkir Rayon təşkilatının sədri Fəxrəddin Vəliyev mövzu ətrafında fikirlərini bölüşərək belə hüquqi maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Sonda Fondun icraçı direktoru Vüqar Səfərli regional KİV-lərin inkişafı üçün Fondun nəzərdə tutuduğu layihələr barədə məlumat verib.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info