ABŞ Dövlət Departamentindən Qarabağ açıqlaması
Tarix: 02.06.2014 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini danışıqlar masasında səylərini artırmağa çağırır. ABŞ Dövlət Departamentinin rəsmi saytında yer alan məlumata görə, bunu Dövlət Departamentinin sözçüsü Cen Psaki deyib.
C.Psaki bildirib ki, tərəflər əsas diqqəti sülhün regionda insanlara bəxş edə biləcəyi faydalara yönəltməlidirlər.
Departament sözçüsü qeyd edib: "Biz ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunmasında kömək etməyə sadiq qalırıq".
C.Psakinin sözlərinə görə, Minsk qrupunun həmsədrlərinin verdiyi bəyanatlarda da bildirilib ki, münaqişənin uzunmüddətli həlli BMT Nizamnaməsi və Helsinki Yekun Aktının əsas prinsiplərinə, xüsusilə də güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsində bərabər hüquqlara əsaslanmalıdır.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info