Macarıstanda 28 may – Respublika Günü qeyd edilib
Tarix: 02.06.2014 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının 28 may – Respublika günü Budapeştin mərkəzində yerləşən “İnterContinental” otelində qeyd edilib. Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Macar-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyinin təmsilçiləri, həmçinin, Macarıstanın dövlət və hökumət rəsmiləri, Macarıstan Parlamentinin deputatları və siyasi partiyaların təmsilçiləri, KİV nümayəndələri, iş adamları, xarici ölkələrin diplomatik korpus nümayəndələri və bu ölkədəki Azərbaycan diasporunun üzvləri iştirak edib.
Azərbaycan və Macarıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev çıxış edərək, 96 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edib. Vilayət Quliyev dörd il sonra Cümhuriyyətin yüz illiyinin qeyd olunacağını xatırladaraq, Azərbaycan xalqının bu yüz ildə çox böyük sarsıntılar keçirdiyini, çox böyük hadisələrlə üzləşdiyini diqqətə çatdırıb. Səfir, cəmi iki il mövcud olmuş müstəqil Azərbaycan Cümhuriyyətinin 70 il ərzində keçmiş Sovet İttifaqının respublikalarından biri kimi öz iqtisadi potensialının və dövlətçilik institutlarının yalnız kiçik bir qismini qoruya bildiyini deyib və əlavə edib ki, 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan ölkəmizin artıq 23 ildir dünyanın siyasi xəritəsində suveren dövlət kimi öz yerini tutur. Torpaqlarımızın iyirmi faizinin Ermənistanın işğalı altında olduğunu xatırladan səfir, bu dəhşətli faktın Azərbaycan xalqını gələcəyə nikbin nəzərlərlə baxmaqdan çəkindirmədiyini, iqtisadi və intellektual potensialı kifayət qədər yüksək ölkəmizin zəngin enerji ehtiyatlarına, son dərəcə əlverişli geosiyasi mövqeyə malik olduğunu qeyd edib.
Tədbir çərçivəsində ölkəmizin hərtərəfli inkişafını və nailiyyətlərini əks etdirən müxtəlif nəşrlərdən ibarət hazırlanmış sərgini mərasim iştirakçıları maraqla qarşılayıb. Sərgi zamanı ölkəmizin tarixi, mədəniyyəti, iqtisadiyyatı və ədəbiyyatına dair macar və ingilis dillərində çap edilmiş 40-a yaxın adda kitab və ingilis dilində nəşr olunan “İrs-Heritage” jurnalının yeni nömrələri iştirakçılara paylanıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info