Azərbaycan Gənclərinin VII Forumu öz işinə başlayıb
Tarix: 02.06.2014 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Gənclərinin VII Forumu öz işinə başlayıb.
Forumda Bakı daxil olmaqla, 80-dən artıq rayonun 1739 nümayəndəsi iştirak edir. Forumda, həmçinin qeyri-hökumət, gənclər təşkilatlarının, tələbə gənclər təşkilatlarının rəhbərləri, dövlət rəsmiləri, mərkəzi icra strukturlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digərləri iştirak edirlər.
Forumun açılış mərasimindən sonra gənclər 5 seksiya üzrə işlərini davam etdirəcəklər. Seksiyalarda gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, gənclərin ictimai həyatda iştirakı və beynəlxalq əməkdaşlığı, müasir gənclərin təhsil və elmin inkişafında yeri və rolu, gənclərin sosial inkişafı və sahibkarlıq, yaradıcı gənclərə dəstək və ölkənin innovativ potensialı istiqamətində müzakirələr aparılacaq.
Həmçinin son forumdan keçən 3 il ərzində görülən işlər barədə hesabat veriləcək, qarşıda duran vəzifələr və Azərbaycan gəncliyinin aktual problemləri müzakirə olunacaq.
Forumun sonunda qətnamə və forum iştirakçılarının Azərbaycan gənclərinə müraciəti qəbul olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info