“ASAN xidmət“dən növbəni tənzimləyən növbəti innovativ tətbiq
Tarix: 02.06.2014 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzlərində növbəti innovativ tətbiq - SMS məlumatlandırma funksiyası təmin edilib.
Agentliyin Beynəlxalq və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, SMS məlumatlandırma "ASAN xidmət" mərkəzlərində müvafiq xidmətlər üzrə növbə götürmüş vətəndaşların öz növbə müddətinin yaxınlaşması barədə məlumatlandırılmasına imkan yaradır. Belə ki, mərkəzlərdə müvafiq xidmətlər üzrə növbə götürülən zaman şəxs mobil nömrənin yazılması qeyd olunan xananı doldurmaqla SMS məlumatlandırma funksiyasından yararlana bilər. Mobil nömrə qeyd edildikdən sonra şəxs öz növbəsinin çatmasına 5 və daha çox növbə sayı üçün xəbərdarlıq edilməsi ilə bağlı sorğunu cavablandırmalı və növbə biletini çap etdirməlidir. Bundan sonra şəxs öz növbə müddətinin çatmasına müvafiq olaraq seçdiyi növbə sayı qaldığı zaman mobil telefonuna gələn SMS vasitəsilə məlumatlandırılacaq.
SMS məlumatlandırma vasitəsilə "ASAN xidmət"lərdən faydalanmaq istəyən şəxslər zamanlarının daha da səmərəliliyini təmin etmiş olarlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info