“Azərbaycan yəhudi icmasına münasibətə görə digər dünya ölkələrinə yaxşı nümunədir”
Tarix: 02.06.2014 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


“Mən qəti şəkildə bildirmək istəyirəm ki, Azərbaycan tolerantlığın mövcud olduğu ölkədir. Azərbaycan yəhudi icmasına münasibətə görə bütün dünya üçün nümunədir”. Bu sözləri İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ABŞ-dakı “Antidiffamasiya Liqası” (Anti-Defamation League) adlı yəhudi təşkilatının dünyanın 100-dən çox ölkəsində antisemitizmin vəziyyətinə dair apardığı tədqiqatın nəticələrini şərh edərkən deyib. Tədqiqatın nəticəsinə əsasən guya Azərbaycanda antisemitizmin səviyyəsi 37%-ə çatır.
Səfir bildirib ki, Azərbaycanda min illər boyu yaşayan yəhudilər cəmiyyətə tam inteqrasiya olunaraq hər zaman özlərini evdəki kimi hiss ediblər. O, məlum tədqiqatdan xəbərsiz olduğunu söyləyərək yəhudi icmasının hər zaman Azərbaycanda özünü təhlükəsiz hiss etdiyini vurğulayıb: “Azərbaycanda antisemitizm yoxdur, yəhudi icması burada qürurla yaşamaqdadır və Azərbaycan hökuməti bu icmanı dəstəkləyir. Bakıda və Qırmızı Qəsəbədə yəhudi icmaları məskunlaşıb, yəhudi məktəbləri və sinaqoqları inkişaf edir. Bir daha demək istəyirəm ki, Azərbaycan yəhudi icmasına münasibətə görə digər dünya ölkələrinə yaxşı nümunədir”.
Qeyd edək ki, Antidiffamasiya Liqası antisemitizm və yəhudilərə qarşı dözümsüzlüyün digər formalarına qarşı mübarizə aparan hüquq-müdafiə təşkilatıdır. Təşkilat 1913-cü ildə yaradılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info