“Prezident tərəfindən aparılan gənclər siyasəti bu çağırışlara adekvat cavab verir”
Tarix: 02.06.2014 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


"XXI əsr bütün hadisələrin, prioritetlərin və beynəlxalq vəziyyətin böyük sürətlə dəyişməsi ilə seçilir. Lakin hazırda Prezident İlham Əliyev tərəfindən aparılan gənclər siyasəti bu çağırışlara adekvat və qabaqlayıcı cavab verir".
Bu sözləri gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən Gənclərin VII Forumundakı çıxışında deyib.
Onun sözlərinə görə, hazırda ölkəmizdə 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi" Dövlət Proqramı uğurla həyata keçirilir: “Təkcə onu demək kifayətdir ki, 2012-2013-cü illərdə gənclərin QHT-ləri tərəfindən Dövlət Proqramının müvafiq bəndlərini icra etmək üçün 5 qrant müsabiqəsi elan edilib, ümumi büdcəsi 11 257 124 manat təşkil edən 327 layihəsi maliyyələşdirilib. Azərbaycan hökuməti 5 illik "Azərbaycan gəncliyi" Dövlət Proqramının həyata keçirilməsinin maliyyə dəstəyini təmin edib, bunun üçün 80 milyon vəsait ayırıb. VI forumdan keçən 31 ay ərzində gənclər siyasətinin müxtəlif sahələrini əhatə edən 343 tədbir keçirilib, onlardan 254-ü ölkə səviyyəli, 89-u beynəlxalq tədbir olub. Onlarda hər il orta hesabla 200 mindən artıq gənc iştirak edib. Bu müddətdə 6 mindən çox gənc beynəlxalq mübadilədə iştirak edib. Səslənən rəqəmlər yalnız nazirliyin fəaliyyətini əks etdirir".
Nazir bildirib ki, 2 iyul 2013-cü il tarixində prezident tərəfindən "Gənclər üçün Prezident Mükafatı "təsis edilib, hər biri 10 min manat olmaqla 6 mükafat elm, təhsil, mədəniyyət və ictimai fəaliyyəti sahəsində xüsusi nailiyyətləri olan ilk laureatlara təqdim edilib: "Bundan əlavə, Bakıda Gənc Alimlərin Beynəlxalq Forumu keçirilib ki, bu forumda 95 ölkədən 400-ə dək gənc alim, doktorant iştirak edib".
A.Rəhimov çıxışı zamanı həmçinin vurğulayıb ki, nazirlik tərəfindən təşkil edilən "Məzun yarmarkaları"na 2006-2014-cü illərdə 5 minə yaxın vakant iş yeri çıxarılıb, onlardan 1500 nəfəri daimi, 500 nəfər isə mövsümi və ödənişli staj işlərinə cəlb olunub. Tələbələrə sosial dəstək göstərmək məqsədilə dövlət proqramında nəzərdə tutulan “Azərbaycanın tələbə kartı” hazırlanıb və təmənnasız paylanıb.
Nazir çıxışının sonunda gənclərə göstərdiyi dəstəyə görə ölkə başçısına öz təşəkkürünü bildirib

Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Əli Abdalov Mehman Hüseynovla barışıb
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info