Hollandiyada ermənilərə qarşı izdihamlı mitinq keçirilib
Tarix: 02.06.2014 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Hollandiyadakı Türk diasporu ermənilərin bir müddət öncə Almelo şəhərində qondarma soyqırımı abidəsi ucaltmasına qarşı etiraz aksiyası keçirib. Türk ictimai təşkilatlarının təşkil etdiyi və 5 minədək insanın qatıldığı mitinqdə Azərbaycan diaspor nümayəndələri də iştirak edib. Almelo şəhərinin Remrandt Meydanında baş tutan etiraz aksiyasında sözügedən abidənin cəmiyyətdə böyük narahatlıq yaratdığı bildirilib. Polisin ciddi təhlükəsizlik tədbirləri ilə keçən aksiyada iştirakçılar Türk bayraqları ilə yanaşı, Azərbaycan bayrağı da dalğalandırıb, üzərində “Erməni soyqırımı yoxdur!”, “Soyqırımı tarixi yalandır!”, “Gerçəklərə qarşı səssiz qalma, kor və kar olma!” yazılan plakatlar tutublar.
Türkiyə İstiqlal Marşının oxunması və Soma kömür mədənində baş verən faciədə ölənlərin xatirəsinə bir dəqiqəlik sükutdan sonra ictimai təşkilatlar adından erməni abidəsinin üzərinə “soyqırımı” sözlərinin yazılmasının qarşısının alınmasının vacibliyi vurğulanıb.
Ermənilərin abidəni daha geniş kütlələrə tanıtmaq və üzərinə “soyqırımı” ifadəsini əlavə etmək niyyətində olduğunu qeyd edən Hollandiya Türk İslam Dərnəkləri Federasiyasının sədri Arif Yakışır öz etirazlarını Hollandiyanın müvafiq dövlət qurumlarına məhkəmə yolu ilə çatdırmaq niyyətində olduqlarını deyib.
Almelo bələdiyyəsinin sözügedən abidəyə icazə verməsini tənqid edən Hollandiya Türk Federsaiyasının sədri Murat Gedik “Hollandiyada toplumun ayrılmaz hissəsi olan türklərin alnıaçıq yaşaması üçün belə yalanlarla hər zaman mübarizə aparacaqlarını” vurğulayıb. Türk tarixinin heç bir dönəmində soyqırımı olmadığını, bu gerçəyi bəyan etmək üçün bir araya gəldiklərini vurğulayan Avropalı Türk Demokratlar Birliyinin sədri Mehmet Salih Kaya erməni diasporunun fərqli niyyətdə olduğunu dilə gətirib. Əsas soyqırımın ermənilər tərəfindən gerçəkləşdirildiyini bildirən Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın isə “soyqırımı görmək istəyən İğdıra, Qarsa, Ərzuruma, Azərbaycana gəlsin. Anadoluda hər yerdən sümük çıxır” – deyə bildirib.
Almelo Bələdiyyə Məclisinin üzvü Uğur Çete də bələdiyyə rəhbərliyinin Türk toplumunun bu həssaslığını nəzərə alacaqlarına ümid etdiyini deyib.
Təxminən iki saat yarım sürən aksiya hər hansı insident baş vermədən sona çatıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info