Müəllimlərin yerdəyişməsi üçün müsahibə hansı formada aparılacaq?
Tarix: 02.06.2014 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Müəllimlərin yerdəyişməsi üçün müsahibə proqramının hansı formada aparılacağı açıqlanıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, müsahibə zamanı müəllimlərin ixtisas üzrə bilik və bacarıqlar, metodiki biliklər, ölkədə təhsil islahatları, ümumi təhsil pilləsinin dövlət standartı və proqramları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, emosional stabillik, situasiyanı adekvat qiymətləndirmə bacarığı, analitik təhlil aparmaq, problem həll etmək və qərar vermək qabiliyyəti, dinləmə və ünsiyyət qurma bacarıqları yoxlanılacaq. Müsahibə nəticəsində peşəkar kompetensiyalar – 35 bal (ixtisas üzrə bilik və bacarıqlar – 25 bal, metodiki biliklər – 10 bal), təhsil sahəsində məlumatlılıq, dünyagörüşü, şəxsi keyfiyyətlər – 5 balla (hər bir meyar üzrə 1 bal) qiymətləndiriləcək. “Müəllimlərin yerdəyişməsi üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələri əsasında təhsil və nailiyyət göstəricilərinin qiymətləndirilməsi meyarları” üzrə proqram təminatı vasitəsilə hər bir namizədin qiymətləndirməsi aparılır. Müsahibə iki mərhələdə həyata keçirilir. Birinci mərhələ yazılı formada kompüter vasitəsilə keçirilir: müəllimlər ixtisas və metodika üzrə yazılı sualları 1 saat ərzində cavablandırır, dərhal proqram təminatı vasitəsilə qiymətləndirmə aparılır və düzgün cavabların sayı müəyyən edilir. İkinci mərhələdə yüksək bal toplayan şəxslərlə (yerdəyişmə üçün müraciət edənlərin sayından asılı olaraq komissiya tərəfindən müsahibəyə buraxılanların faizi müəyyənləşdiriləcək) şifahi müsahibə aparılır, təhsil sahəsində məlumatlılıq, dünyagörüşü və şəxsi keyfiyyətlər qiymətləndirilir. Sonra həmin şəxslərin iki mərhələ üzrə balları proqram təminatına daxil edilərək yerləşdirmə aparılır.
Yerdəyişmə üçün 1 vakant yerə iddia edənlərin sayı 1 nəfər olduqda müsahibə şifahi formada da aparıla bilər. Bu zaman peşə kompetensiyaları üzrə şifahi suallara verilən cavablar və şəxsi keyfiyyətlər qiymətləndirilir, nəticələr proqram təminatına daxil edilərək yerləşdirmə aparılır. Yerdəyişmə üzrə vakant yerlərə yerləşdirmənin nəticələri dərhal elan edilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Azərbaycanda boşanmaların sayı artıb
17.07.2019
Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək
17.07.2019
Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb
17.07.2019
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub
16.07.2019
Zaqatalada 171 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info