Leyla Yunusu hüquq müdafiəçisi adlandırmaq olarmı?
Tarix: 02.06.2014 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Tural Tağıyev |

Bəzi ölkə mətbuat orqanlarında və televiziya kanallarında Leyla Yunus kimilərindən yazanda və ya danışanda bir çox hallarda onların adlarının qarşısına “hüquq müdafiəçisi” sözünü əlavə edirlər. Belə vəziyyətlə bir neçə dəfə rastlaşdığıma görə, bununla bağlı fikir bildirmək qərarına gəldim. Əvvəla, mövzuya keçməzdən öncə oxuculara sual ünvanlamaq istərdim. “Hüquq müdafiəçisi” dedikdə hansı fəaliyyət göz önünə gəlir? Hesab edirəm ki, oxucular da mənimlə razılaşarlar ki, biz “hüquq mqdafiəçisi” dedikdə irqindən, cinsindən, millətindən, dinindın asılı olmayaraq istənilən Azərbaycan vətəndaşının hüquqlarını tərəfsiz, qərəzsiz, maddi maraq olmadan müdafiə edən şəxsi nəzərdə tuturuq. Gəlin, baxaq görək Leyla Yunus belə adamdırmı? Kimsə rast gəlibmi ki, Leyla Yunus nə vaxtsa Qarabağın işğalı zamanı hüquqları pozulmuş hansısa azərbaycanlını müdafiə etsin, onun haqq səsinin beynəlxalq aləmə daşınması istiqamətində hüquq müdafiəçisi kimi töhfə versin? Yaxud da onun bu gün artıq bir çox ölkələrin rəsmi olaraq soyqırımı kimi tanıdığı Xocalı faciəsi zamanı ölən, əzizlərini itirən, mal-mülkündən məhrum olan bir nəfər Xocalı sakininin olsa belə, hüquqlarını müdafiə etməsini görən olubmu? O, nə zamansa belə bir əsl hüquq müdafiəçisinə yaraşan addım atdımı? Hüquqları pozulmuş bu insanların haqq səslərini “dostları” olan beynəlxalq təşkilatlara çatdırdımı? Təbii ki yox...
Azərbaycanda hamı bilir ki, Ramil Səfərova nahaq yerə ölüm hökmü verilmişdi. Bircə dəfə, heç olmaza ən azından ölkə mətbuatında dedimi ki, Ramil Səfərova qarşı qərəzli addımlar atılır, ona haqsızlıq olub? Əksinə, onu müdafiə edənlərin üstünə gedərək, tamamilə əks mövqe tutan bu “hüquq müdafiəçisi” anormal mövqelərin sərgilənməsi ilə gündəmə gəlirdi. Belə misalları yüzlərlə sayıb, oxucunu yormaq istəməzdim. Bəs onun müdafiə etdikləri kimlərdir ki, o, bu fəaliyyətinə görə “hüquq müdafdiəçisi” adını daşıyır? Bu şəxsin fəaliyyətini izləyəndə aydın olur ki, o, yalnız Azərbaycanın milli maraqları əleyhinə fəaliyyət göstərən adamları müdafiə edib, onların əməllərinə haqq qazandırıb. Bu günlərdə ölkə mətbuatında yazılanlardan da bəlli oldu ki, bu sahədə o, şəxsi maddi maraqlarına da daha çox önəm verib. Nəticədə “hüquq müdafiəçisi”nin xaricdə villası, bank hesablarında külli miqdarda vəsaitləri olduğu bəlli oldu. Ona görə də bu tip şəxslərdən danışarkən, “hüquq müdafiəçisi” sözünü işlətmək hansı məntiqə sığır? Belə ki, sonda bu qənaətə gəlinir ki, o, bizdən daha çox ermənilərin hüquqlarını müdafiə edir, onların maraqlarına xidmət edən əməllərə yol verir. Tək o yox, onun kimi Azərbaycanda fəaliyyət göstərən QHT rəhbərlərinin də “vəzifəsi” ölkənin milli və dövlət maraqları əleyhinə işləməkdən başqa bir şey deyil. Akademik Ramiz Mehdiyevin bu günlərdə yazdığı məqaləsində deyildiyi kimi “Bəzi beynəlxalq QHT-lər əslində onların mandatlarına uyğun olmayan məsələlərlə məşğul olurlar. Onlar rəsmən müəyyən qrant layihəsi elan edir, əslində isə tamamilə başqa, çox vaxt dağıdıcı məqsədlər üçün vəsaitlər ayırırlar”. Onlar məqsədlərinə çatmaq üçün Leyla Yunus kimi adamlardan istifadə edirlər. Biz isə bu cür adamlara “hüquq müdafiəçisi” kimi yüksək ad verib, cəmiyyətə təqdim edirik. Mənə elə gəlir ki, artıq belələrini cəmiyyətə təqdim etmək üçün yeni bir ad tapmağın vaxtı çatıb!




 
Müəllifin son yazıları

30.10.2018 “Yalançı ana”
08.08.2018 Etikasız mühacirlər...
30.03.2018 “Söyüş teatrı”nın aktyorları
24.02.2018 “Orduxanlar” Xocalı faciəsi ilə bağlı niyə aksiya keçirmirlər?
06.02.2018 Müxalifətin “Facebook”dakı saxta profilləri...

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info