“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi jurnalistləri mükafatlandırıb
Tarix: 02.06.2014 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ““Gəncləri GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr və bu sahədəki qanunvericilik aktları barədə maarifləndirmək” layihəsi çərçivəsində jurnalistlər və gənclər təşkilatlarının üzvləri arasında elan etdiyi yazı müsabiqəsinin nəticələri açıqlanıb. Müsabiqənin nəticələrinin açıqlanması ilə bağlı keçirilən tədbirdə gənclər təşkilatlarının, media orqanlarının təmsilçiləri iştirak ediblər. Tədbirdə çıxış edən “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, layihənin həyata keçirilməsində məqsəd gənclərin GMO məhsullar, bu məhsulların insan sağlamlığı üçün yarada biləcəyi təhlükələr və Azərbaycanda bu istiqamətdə qanunvericilik sahəsində atılan addımlar barədə məlumatlandırmaq, yazılı və elektron KİV-lərin bu sahədə maarifləndirmə işlərinə cəlb etməkdir. Layihə çərçivəsində jurnalistlər arasında GMO məhsullar, bu məhsulların insan sağlamlığı üçün yarada biləcəyi təhlükələr və Azərbaycanda bu istiqamətdə qanunvericilik sahəsində atılan addımlarla bağlı yazı müsabiqəsi elan edilib. Müsabiqəyə yazılı və onlayn mediada çalışan jurnalistlər, o cümlədən gənclər təşkilatlarının fəal üzvləri tərəfindən 9 yazı təqdim olunub. Müsabiqə Komissiyası yazıları qiymətləndirib və qaliblər müəyyənləşdirilib. “Lent.az” İnformasiya Agentliyinin rəhbəri Qabil Abbasoğlu qalibləri təbrik edib. Daha sonra qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Qeyd edək ki, mukafatlandırılan jurnalistlər arasında “Palitra” qəzetinin əməkdaşı da olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info