Marin Le Pen: “Ukraynada konfliktin qızışmasında Avropa Birliyi məsuliyyət daşıyır”
Tarix: 02.06.2014 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


“Avropaya öz xeyrinə çıxış edən ABŞ-ın nağıllarına qulaq asmaq yox, müstəqil qərar qəbul etmək lazımdır”.
Bu barədə Fransanın “Milli cəbhə” partiyasının lideri Marin Le Pen almanların “Spiegel” media orqanına müsahibəsində bildirib. Marin Le Pen bildirib ki, Avropa Birliyi Ukraynadakı münaqişəyə görə məsuliyyət daşıyır. O qeyd edib ki, Avropa Birliyi ölkələri ABŞ-ın göstərişi əsasında Rusiyanı lazım olmayan şəkildə təqdim edirlər.
Marin Le Pen bildirib ki, yeni tərkibdə formalaşacaq Avropa Parlamenti daha çox dərəcədə Rusiyaya yönələcək: “Mən Ukraynanın federallaşmasının tərəfdarı kimi çıxış edirəm. Avropa Birliyi əhalisinin yarısı Şərqə baxan ölkəyə iqtisadi partnyorluq təklif etməklə oda yağ atıb”.
Bundan başqa “Milli cəbhə”nin lideri qeyd edib ki, Avropa siyasətçiləri anlamalıdırlar ki, amerikanlar hər şeydən öncə öz maraqlarını düşünürlər, onlar daim dünyada öz mövcudluqlarını genişləndirməyə can atırlar.
Marin Le Penin fikrincə, Köhnə Dünyanın dövlətlərinin öz fikirləri, mövqeyi olmalıdır, onlar ABŞ-a gözlərini zilləməməlidirlər.
Onun sözlərinə görə, Avropa Birliyi ölkələrinin bu mövqeyindən fərqli olaraq, Rusiya prezidenti Putin başqa ölkələrə onun qərarlarına təsir etmək izni vermir. Marin Le Pen bunu “nəzərəçarpacaq dərəcədə məftunluq” hesab edib.
Qeyd edək ki, mayın sonunda Fransada Avropa Parlamentinə keçirilmiş seçkilərdə “Milli cəbhə” Partiyası Marin Le Penin liderliyi altında səslərin 25,7 faizini toplayıb. Bu partiya öz tarixində ilk dəfə ənənəvi partiyaları üstələyib. Partiya Avropa Parlamentində daha çox radikal güclərlə əməkdaşlıq etmək niyyətindədir. Bu partiyalar arasında Yunanıstanın “Qızıl şəfəq” Partiyası, Macarıstanın “Yobbik” Partiyası və almanların neonasist Milli-Demokratik Partiyası da var.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info