“Azərbaycanla Rusiya arasında münasibətlər çox yaxşı inkişaf edir”
Tarix: 02.06.2014 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


“Azərbaycanla Rusiya arasında münasibətlər çox yaxşı inkişaf edir.Rusiya Azərbaycanın yeganə tərəfdaşıdır ki, respublika ilə Rusiya Federasiyası subyektləri səviyyəsində əməkdaşlıq edir”. Bunu jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib. Bakının sürətli iqtisadi dinamikaya malik olduğunu deyən rusiyalı nazir, Rusiya və Azərbaycanın oxşarlıqlarının çox olduğunu deyib. O, nəqliyyatın məhdudluğunun iki ölkə arasındakı iqtisadi potensialın daha da artmasına mane olan amillərdən biri olduğunu qeyd edib: “Biznesin zəruri nəqliyyatla müşayiət olunması üçün logistik mərkəzlər yaratmalıyıq. Nəqliyyat xərclərini azaltmalıyıq. Bundan başqa, hüquqi baza yaradılmalıdır”.
Nazir qeyd edib ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsini iki ilə 4 mlrd. dollara çatdırmaq olar: “Ticarət dövriyyəsinin yaxşı dinamikasını qeyd edə bilərəm. Qiymətləndirməmizə görə bu 3,6 mlrd. dollar təşkil edir. Lakin bu rəqəmlər bizim bütün potensialımızı əks etdirmir”
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info