Rusiya ilə memorandum imzalandı
Tarix: 02.06.2014 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Şahin Mustafayev: “Rusiya Azərbaycana 1,8 milyard, Azərbaycan Rusiyaya 1 milyard dollardan artıq birbaşa investisiya yatırıb”

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Rusiya ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyini bildirib, qonşu Rusiya ilə Azərbaycan arasında siyasi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. Qeyd edilib ki, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan-Rusiya əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında siyasi sahədə olduğu kimi, iqtisadi sahədə də əməkdaşlıq genişlənir, son illər ərzində Azərbaycan-Rusiya ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. İki ölkə arasında ümumilikdə 160-dan çox sənəd, o cümlədən iqtisadi sahədə indiyədək 30-dan çox sənəd imzalanmış, möhkəm müqavilə-hüquq bazası yaradılıb. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərirlər. Qarşılıqlı investisiyaların əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev, Rusiya Federasiyası tərəfindən Azərbaycana 1,8 mlrd. dollar, Azərbaycan tərəfindən isə Rusiyaya yatırılmış birbaşa investsiyaların həcminin 1 mlrd. ABŞ dollarından artıq olduğunu vurğulayıb.
Görüşdə ticarət-iqtisadi əməkdaşlığın inkişafı perspektivləri, həmçinin iqtisadi sahədə hüquq-müqavilə bazasının daha da genişləndirilməsi məqsədilə sənəd layihələrinin - Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş, Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycan Respublikasının sərgi-ticarət mərkəzinin yaradılması haqqında saziş barədə müzakirələr aparılıb. Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb.
Görüşdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəddə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafı, hər iki ölkə sahibkarları arasında əməkdaşlığın təşviqi və yeni əlaqələrin yaradılması məsələləri əksini tapıb.
Səfər çərçivəsində Rusiya Federasiyasının nümayəndə heyəti bir sıra görüşlər keçirəcək, Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olacaqlar.


İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Bakı Baş Gömrük İdarəsində könüllü qanvermə aksiyası keçirilib
13.12.2018
“Sağlam məktəbli” layihəsi davam edir
13.12.2018
Nazir Biləsuvar rayonunda vətəndaşlarla görüşəcək
12.12.2018
Atatürk parkında təmir-yenidənqurma işləri aparılır
12.12.2018
Qaradağ rayonunda Ulu Öndəri anma mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info