“The Washington Post”: “Rus raket mühərriklərindən asılılıq ABŞ-ı narahat edir”
Tarix: 02.06.2014 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


Heç kimə sirr deyil ki, amerikan peyk-casusları və məxfi kosmik qurğuları orbitdə Rusiya raket mühərriklərinin köməyilə fəaliyyət göstərir. Bu barədə “The Washington Post” qəzetinin müxbiri Coel Akenbak belə yazır: “Məsələ ondadır ki, bu sıx texnoloji əməkdaşlıq Rusiyanın Ukraynadakı fəaliyyəti nəticəsində yaranan siyasi nəticələr fonunda davam edəcəkmi? Müdafiə müəssisələrinin məmurları və aerokosmik sahəyə aid mütəxəssislər təsdiq edirlər ki, ABŞ artıq çoxdan raket mühərriklərinin hazırlanması üçün istehsal bazası yaratmalıdır. Bu baza Rusiya bazasından dala qalmamalıdır: “Nəzəri baxımdan hər şey elementardır: Nəyə görə ABŞ ölkənin milli təhlükəsizliyi ilə bağlı proqram məsələsində ruslardan asılı olmalıdır? Amma raket istehsalı dünyası çox inertdir. ABŞ-da raket mühərriklərinin istehsalı bir neçə ilə başa gələ bilər”.
Amerikada “Atlas V” raketlərinin 38 buraxılışı planlaşdırılıb. Onlar Rusiya istehsalı olan qatı mühərriklər – “РД-180”lə təchiz olunmalıdır. Amma amerikanlarda cəmisi 16 bu cür mühərrik var.
Başqa bir çətinlik isə onunla bağlıdır ki, ABŞ və Rusiya uzun müddət kosmik sferada əməkdaşlıq ediblər. Bununla yanaşı, Sovet İttifaqının baş plançıları sadə istehlakçı məhsulları istehsal edə bilməzdilər. Onlar böyük obyektlər üçün silahlanma və raket mühərrikləri kimi sifarişləri əla bir şəkildə yerinə yetirirdilər. SSRİ-nin yıxılmasından sonra ABŞ-ın siyasəti hökumət müəssisələrini və aerokosmik şirkətləri Rusiya cihazlarını almağa və Rusiya mühəndislərini işlə yükləməyə təşviq edib. Bu, o məqsədlə edilib ki, həmin mühəndislər, ABŞ-ın maraqlarının ziddinə gedərək, digər ölkələr üçün biliklərini tətbiq etməsinlər.
Hazırkı məqamda 50 uğurlu “Atlas V” buraxılışı “РД-180”lə hazırdır: “Ruslar barəsində bunu demək olar: dizayn bir o qədər eleqant olmasa da, bu qurğular çox gözəl işləyir. Əsl tankdırlar”. Bu barədə müxbirə adının gizli saxlanmasını istəyən amerikan şirkətinin meneceri bildirib.
Cari ilin 13 mayında Rusiya baş nazirinin müavini Dmitri Roqozin mətbuat konfransında bəyan edib ki, Rusiya mühərriklərin hərbi məqsədlərlə ABŞ-a ixracını dayandıra bilər.
Amma ABŞ-ın hərbi hava qüvvələrindən və Ağ Evdən bildiriblər ki, Rusiya hökumətindən bu barədə rəsmi bildiriş olmayıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info