Polşanın ilk təyyarəçi-kosmonavtı BSU-da
Tarix: 02.06.2014 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


2 iyun 2014-cü il tarixində Polşanın ilk təyyarəçi-kosmonavtı Miroslav Hermaşevski Bakı Slavyan Universitetinin qonağı oldu, BSU-da fəaliyyət göstərən Polyak Dili və Mədəniyyəti Mərkəzi, polşaşünas-tələbələrin Azərbaycan və polyak dillərinə tərcümə etdikləri kitablarla tanış oldu. Universitetin rəhbər heyəti, müəllim və tələbələrinin iştirakı ilə keçirilən görüşdə universitetin rektoru prof. A.A.Hacıyev qonağı salamlayaraq onu bu təhsil ocağında görməyinə şad olduğunu bildirdi. BSU haqqında qonağa geniş məlumat verən rektor Polşa ali məktəbləri ilə universitet arasında olan əməkdaşlıq əlaqələrindən, burada fəaliyyət göstərən Polyak Dili və Mədəniyyəti Mərkəzindən və Polyak dili Bazar Günü Məktəbindən danışdı: “Polşa ilə geniş əlaqələrimiz mövcuddur ki, bu əməkdaşlığın əsası BSU-nun yaradıldığı gündən qoyulmuşdur.” Azərbaycana Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, millət vəkili Elxan Süleymanov tərəfindən dəvət olunmuş kosmonavt Miroslav Hermaşevskinin həyatına həsr olunmuş və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəzdindəki Tərcümə Laboratoriyası tərəfindən dilimizə tərcümə olunmuş “Çəkisizliyin yükü” adlı kitabının təqdimatının keçiriləcəyini bildirdi.
Azərbaycana ilk səfəri olduğunu qeyd edən kosmonavt bu ölkəyə heyran olduğunu vurğuladı, BSU haqqında hələ Polşada olarkən müəyyən qədər məlumat topladığını qeyd etdi. O belə bir universitetdə azərbaycanlı gənclər tərəfindən polyak dilinin öyrənilməsinin sevindirici hal olduğunu, buraya gəldikdə düşündüyündən daha səmimi qarşılandığını bildirdi. İştirakçılara öz həyatından danışan qonaq kosmonavt olmağı uşaqlıqdan arzuladığını və çətin hazırlıq mərhələsindən keçərək arzuya 1978-ci ilin 27 iyun tarixində çatdığını - “Soyuz-6” kosmik gəmisi ilə göyləri fəth etdiyini söylədi.
Sonda kosmonavtın “Çəkisizliyin yükü” adlı kitabının təqdimatına dair film nümayiş olundu. M.Hermaşevski BSU-nun müəllim və tələbələrinin çoxsaylı suallarını cavablandırdı və kitablarını xatirə imzası ilə görüş iştirakçılarına hədiyyə etdi.



BSU-nun Mətbuat Xidməti




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info