“Gənclər turizm sahəsinə yalnız ali təhsil almaq xatirinə deyil, bu peşəni sevmək üçün gəlməlidirlər”
Tarix: 02.06.2014 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Nərgiz Cəfərli: “Bu sahədə gənclərin çalışması kifayət qədər peşəkar mütəxəssis hazırlandığını təsdiqləyir”

Turizmin inkişafı istiqamətində vacib amillərdən biri peşəkar kadrların olmasıdır. Bu gün ölkəmizdə prioritet olan bu sektorun daha da genişlənməsi üçün belə kadrlara ehtiyac var. Hazırda turizm sahəsində kadrların hazırlanmasına diqqət yetirilir ki, bu sahədə Azərbaycan Turizm İnstitutu(ATİ) böyük rol oynayır. Artıq bir neçə ildir ki, fəaliyyət göstərən ATİ gənclərə turizm sahəsində müxtəlif biliklər aşılayır. Bunun nəticəsidir ki, artıq turizm sənayesi bu gənc kadrlardan faydalanmağa başlayıb. Turizm sahəsində təhsil alan belə gənc kadrlardan biri də ATİ-nin tələbəsi Nərgiz Cəfərlidir:

- Mən 2010-cu ildə Azərbaycan Turizm İnstitutuna daxil oldum, bir il sonra isə burada ikili diplom - Avstriyanın (IMC KREMS university of applied sciences) və Tourism and Leisure management, (ATI de ise, turizm ve otelcilik ) proqramı üzrə təhsil almağa başladım.
-Bu sahədə təhsil alan bir gənc kimi ölkədə turizmin inkişafını necə qiymətləndirirsiniz?
- Ölkəmizdə turizmin ideal formada olmasına hələ bir müddət var, lakin 10 il əvvələ baxsaq, həqiqətən də iri addımlarla inkişafın olmasını görə bilərik. Ölkəmiz müxtəlif beynəlxalq yarışlarda iştirak edərək, qabiliyyəti buraya gətirərək turizmin inkişafına daha da kömək edir. Məncə ilk mərhələ o idi ki, azərbaycanca dünyada tanınsın, indi isə artıq növbəti mərhələyə keçməkdəyik ki, turist axınını çoxaldaq. Bunun üçün çoxsaylı 5 ulduzlu otellər tikilib, turizm informasiya mərkəzləri yaradılıb, restoranların çoxu sadəcə rus və Azərbaycan deyil, artıq ingilis dilində menyular təqdim edir, şəhərin görüləsi yerləri bərpa olunur və s. Beş ulduzlu otellərdən başqa 3,4 ulduzlu otellərin, hostellərin də artırılmasına başlanılıb, bu isə Azərbaycanda sadəcə biznesin turistlər üçün yox, hətta tələbələr və istirahət məqsədli turistlər üçün də olduğunu göstərir. Azərbaycan turizm üçün yavaş-yavaş hazırlaşır. Ölkəmizdə turizm üzrə mütəxəssislərin artması buna köməkdir.
- Turizmin inkişafında mütəxəssislərə ehtiyac yaranır. Bu sahədə peşəkar mütəxəssis hazırlığını necə dəyərləndirirsiniz?
- Turizm İnstitutu artıq 8 ildir fəaliyyət göstərir və 750-dən çox məzunu olub. 3-cü kursun 2-ci semestrində bütün tələbələr məcburi olaraq 6 aylıq praktika keçir və bu 3 il ərzində öyrəndiklərini praktika vaxtı sınayır. Bəziləri oteldə, digərləri turizm agentliyində, bir qisim isə Mədəniyyət və Turizm Nazirliyində təcrübə keçirdi və çox vaxtı, iş yerlərindən onlara iş təklifi gəlirdi. Məzunların bir hissəsi, 23-24 yaşında gənclər, şəhərin ən lüks otellərində menecer vəzifəsində belə işləyirlər, məncə bu kifayət qədər peşəkar mütəxəssis hazırlandığını təsdiqləyir.
-Siz başqa bir ölkədə də bərabər təhsil almısınız. Təhsil prosesində hansısa fərqlər müşahidə edirsinizmi?
- Avstriyada sadəcə 6 ay (1 semestr təhsil aldım) paralel olaraq indi Bakıda 2 institutda oxuyuram. Qrup yoldaşlarımla birlikdə, xarici müəllimlər gəlir, eyni Avstriyadakı proqramı bizə keçirlər. Elə günlər olur ki, səhər saat 9-dan axşam saat 8-ə kimi institutda olmuşuq. Avstiyadakı proqramla Azərbaycandakı proqram arasında fərqlər var, amma hər il, bunun daha da azaldığını və getdikcə bizim təhsilin Avropadakına bərabərləşdiyini deyərdim. Fərqlər bunda idi ki, bizim institutlarda daha çox sovet sistemi, çoxlu kitabları oxumaq, məsələn menecmentin tarixini oxumaq lazım gəlir ki, onlarda isə daha çox praktikaya üstünlük verirlər, müxtəlif situasiyalar yaradırlar, qarşına qoyurlar və həll etməyini istəyirlər. Bir tərəfdən, praktika keçdikdən sonra anladım ki, həm nəzəriyyə, həm də praktika hər ikisi mütləq önəmlidir, daha bir fərq onda idi ki, onlarda imtahanlar bəzən “skype” vasitəsi ilə tələbə evdə olaraq keçirdi, bizdə isə internetlə imtahan vermək hələ olmayıb.
-Xaricdə ali təhsil müəssisələrinin bir çoxunda təhsil praktika ilə bərabər aparılır. Turizm sahəsində siz belə prosesi müşahidə edirsinizmi?
- Bəli, qeyd etdiyim kimi, Turizm İnstitutunda 3-cü kursun 2-ci semestri tam olaraq praktikaya həsr olunur. Bundan əlavə olaraq bəzi dərslərdə məsələn, şərabların süzülmə qaydası, masanın doğru servis edilməsi öyrədilib, amma təcrübə üçün 6 ay ayrıldığı üçün dərs zamanı daha çox nəzəri hissə bizə başa salınır. Kremsdə də elədir. Onlarda məcburi olaraq hər kəs Avstriyada yox, başqa şəhərdə keçməlidir. Bizdə isə istəyə bağlıdır. Həm Bakıda, həm regionlarda, həm də başqa şəhərlərdə keçməsinə icazə var. Hətta institut özü tələbələrini Türkiyə, İsrail və digər ölkələrə göndərir.
-Bizimlə müqayisədə orada turizmin inkişafı necədir?
-Avstriya mədəni turizmin (əsasən Vyana şəhəri), Salzburq- Mozartin vətəni, qış turizmi Alp dağlarında, müalicəvi turizm və s. ilə çox məşhurdur. Sadəcə Vyanada yerləşən, Shonbrunn sarayını ildə 2,590,000 turist ziyarət edir, bunun üçün düzünü desəm, Azərbaycan və Avstriyanı turizm sahəsində inkişaf barəsində müqayisə etmək bir az çətindir. Avstriya artıq əsrlərdir ki, öz sözünü turizm sahəsində demiş ölkədir, Azərbaycan isə daha yeni başlayır.
-Azərbaycanda turizm sahəsində təhsil alan gənclərin bu sahəyə marağını necə qiymətləndirirsiniz? Bu gün onlar həqiqətən də bir peşəkar kadr olmaq istəyirlərmi?
- Ətrafımda olan bu sahədə işləyən dostlarımdan, tanışlarımdan, qrup yoldaşlarımdan deyə bilərəm ki, onların çox yaxşı bir peşəkar olacaqlarına inanıram. Hamısı imtahandan çox yüksək bal almaqdan başqa, praktika zamanı da özlərini yaxşı göstərə bildilər, əksəriyyəti artıq işləyir, digərləri isə iş təklifləri alırlar. Yəni gənclər yalnız ali təhsil almaq xatirinə deyil, bu peşəni sevmək üçün gəlməlidirlər.
-Bizdə servis xidməti ilə bağlı problemlər var. Bu sahədə bəzi hallarda təcrübəsi, təhsili olmayan gənclər çalışır. Bu sahədə yüksək keyfiyyət üçün hansı amillər önəmlidir?
- Əfsuslar olsun ki, turizm sahəsində çox böyük bir kadr çatışmazlığı var, bu səbəbdən müdirlər, iş verənlər kimi gəldi işə götürürlər. Turizm təhsili almayan birini götürsələr belə, məncə onlara mütləq treninqlər keçirilməlidir, fərqi yoxdur, turizm, yoxsa iqtisadi sahəni bitirib, əgər yaxşı bir treninq keçirilsə, bəlkə servisin səviyyəsi yüksələr.
-Bir sıra xarici ölkələrdə otelləri, restoranları qadınlar idarə etsə də bu hələ bizdə formalaşmayıb. Ümumiyyətlə, turizm sahəsində qadınların çalışmasına necə baxırsınız?
- Çox yaxşı baxıram, əgər xanım işini yaxşı bilirsə, bacarıqlıdırsa, niyə də yox? Tanıdığım bir sıra otellər var ki, onları xanımlar idarə edir və otel çox gözəl fəaliyyət göstərir.
- Siz gələcəkdə karyeranızı necə qurmaq istəyirsiniz? Gənc kadr kimi ölkəmizə bu sahədə hansı töhfələri vermək istərdiniz?
- Gələcəkdə məhz bu sahədə işləmək istəyirəm, turizm sahəsində özümü daha komfort hiss edirəm, oteldə marketinq, “sales” kimi şöbələrdə çalışmaq və özümü sınamaq istərdim.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info