5 rayonda əmək yarmarkaları keçiriləcək
Tarix: 03.06.2014 | Saat: 00:54:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2014-cü ilin iyun ayında respublikanın daha 5 rayonunda (Qax, Daşkəsən, Ağstafa, Qazax, Tovuz) Əmək yarmarkaları keçirməyi planlaşdırır.
Yarmarkalarda həmin rayonların məşğulluq mərkəzləri tərəfindən toplanmış boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Tədbirlərdə vakant iş yerləri təqdim edən müəssisələrin nümayəndələrinin iştirakı da təmin olunacaq. Cari ilin yanvar-may aylarında Bakı şəhərində və respublikanın 6 rayon və şəhərində (Şəmkir, İsmayıllı, Yardımlı, Naftalan, Qobustan, Şəki) keçirilən əmək yarmarkalarında ümumilikdə 919 nəfər işaxtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib. Yarmarkalar zamanı 117 nəfər peşə hazırlığı kurslarına, 14 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmaları üçün qeydiyyata alınıb. Qeyd olunan müddətdə məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə ayrı-ayrı ali təhsil müəssisələrində keçirilən aktiv məşğulluq tədbirlərində isə vakant iş yerlərinə göndəriş verilənlərin sayı 619 nəfər, peşə hazırlığı kurslarına cəlb olunanların sayı isə 163 nəfər, Əmək birjasında qeydiyyata alınanların sayı isə 132 nəfər təşkil edib. İşəgötürənlər tərəfindən gələcəkdə kadr seçiminin aparılması üçün ümumilikdə 2560 nəfər tələbə və məzundan CV-lər qəbul edilib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info